Yuxarı

İlham Əliyev və xanımı rəsmi qəbulda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:34

Mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil olunub.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndirildi.

Dövlət başçısı rəsmi qəbulda nitq söyləyib.

İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının mühüm hadisə olduğunu vurğulayıb:

Dövlət başçısı xalqımızı Azərbaycan xalq cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti iiə təbrik edib. Prezident İlham Əliyev bildirib ki, xalqımız müsəlman şərqində ilk respublikanın yaranması ilə haqlı olaraq fəxr edə bilər:

"Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, azadlıqsevər və mütərəqqi xalqdır".

Dövlət başçısı bildirib ki, dövlət Xadq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, onların adları əbədiləşdirilib:

“Bir neçə il öncə Bakının mərkəzində Xalqn Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb, 2018-ci il Xalq Cümhuriyyəti ili elan edilib. 23 aylıq fəaliyyəti dövründə Xalq Cümhzuriyyəti böyük işlər görüb. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, Milli Ordunun əsası qoyulub, 200-dən çox qanun qəbul edilib, qadınlara səsvermə hüququ verilib, Bakı Dövlət Universiteti yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın böyük faciəsidir. Əminəm ki, müstəqillik əldən verilməsəydi, hazırda Azərbaycan dünyanın ən zəngin ölkərindən biri idi. Bu bir bir daha müstəqilliyin qorunub saxlanılmasının onu əldə etməkdən çətin olduğunu göstərir. 1990-cı ildə milli bayrağımızın ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda ucaldılması tarixi hadisədir”.

Tarix
2018.05.28 / 15:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla