Yuxarı

Bütün məktəblər "haqq" verir - Müəllimdən şok ittiham

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev məktəbin direktoru Maya Həsənovanın rüşvətxorluğuna dözmədiyi üçün işdən azad olunması haqqında Təhsil Nazirliyinə məktub yazacağını bildirib.

Axar.az-a açıqlama verən Fuad Mehrəliyev direktorun məktəbdəki qanunsuz əməllərinə biganə yanaşdığı üçün Astara rayon Təhsil Şöbəsini də qınayıb. O bildirib ki, direktorla bağlı Rayon Təhsil Şöbəsinin verdiyi rəsmi açıqlama yalandır:

“Təhsil qanunericiliyinə görə, məktəbdə problem olarsa, pedoqoji şura çağırılmalıdır. Bu şura mənim problemim olan zaman 15 gün ərzində bir dəfə də olsun çağırılmadı. Təhsil Şöbəsi də mənim problemimlə bağlı keçirdiyi iclasa məni dəvət etmədi. İndi müəllimlərin illik hesabatı üçün pedoqoji şura çağırılıb. Mən rüşvətxorlara niyə hesabat verməliyəm? Rayonumuzun Təhsil Şöbəsinə demişəm ki, problemlə bağlı verdiyiniz açıqlama səhvdir. Partaların sınması yalandır. Bunu hamı bilirdi. Direktor məktəbdə pulsuz danışıq klubu yaratdığıma görə belə edib”.

Fuad Mehrəliyev problemi həll etmək üçün Təhsil Şöbəsinin onu digər məktəbə göndərmək istədiyini bildirib:

“Direktor öz rüşvət xəstəliyinə görə məktəbin də uğur qazanmasını istəmir. Anlamır ki, məktəbin qazandığı uğur onun uğuru sayılacaq. Təhsil Şöbəsi də "məsələni araşdırırq" deyir. Amma bir nəticə yoxdur hələ. Məsələni unutdurmaq üçün gah şöbə rəhbərinin işdən çıxarıldığını deyirlər, gah da mənim yerimi dəyişmək istəyirlər. Mən də yalnız nazirliyin xətti ilə məktəbi dəyişəcəyimi bildirdim. Astaranın bütün orta məktəbləri Təhsil Şöbəsinə “haqq” verir. Heç kəs qorxusundan səsini də çıxarmır. Məktəbimizin müəllimləri də mənim haqlı olduğumu bilirlər. Amma onlar da səslərini çıxarmağa qorxular. Belə getsə, Astarada təhsil 10 ilə də düzəlməz. Hər şey bərbaddır”.

Qeyd edək ki, Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev direktor Maya Həsənovadan şikayət edərək, onun məktəbdə pulsuz ingilis dili danışıq klubu açmasına qarşı olduğunu və ondan tez-tez partaların sınması, məktəbin təmiri və digər səbəblərlə pul tələb etdiyini bildirmişdi. Məsələ ilə bağlı rayon Təhsil Şöbəsi açıqlama yayaraq, mübahisənin partaların sınmasına görə olduğunu və Fuad Mehrəliyevə danışıq klubu üçün sinif otaqlarını ayırdığını və məsələnin hələ də araşdırıldığını bildirmişdi.

Tarix
2018.06.02 / 21:53
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla