Yuxarı

Nəsimidə sakinlərin etirazı: bu binanı kim tikir?! - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayonu, 4-cü mikrorayon, Seyidzadə küçəsinin sakinləri 5 ədəd beşmərtəbəli binanın həyətində 16 mərtəbəli yeni bina tikilməsinə etiraz edirlər.

Bina sakini Elmira Rəhimovanın Axar.az-a verdiyi məlumata görə, göydələnin kim tərəfindən tikildiyi gizli qaldığı üçün problemin həllinə nail ola bilmirlər:

“Bu ərazidə yerləşən 5 binanın camaatı burada oturur, uşaqlarımız oynayır, qocalarımız dincəlir. Orda ev tiksələr, heç oturmağa da yer olmayacaq. Məlumat vermirlər ki, binanı tikən kimdir. Dərdimizi deməyə adam tapmırıq”.

O qeyd edib ki, yeni binanın tikilməsi digər yaşayış binaları üçün də təhlükədir:

“2 binanın arasında ev tikmək olar? Bunlar neçə ilin evləridir, 16 mərtəbə qazsalar, bizim evlər təhlükə altında qalacaq. Məhəllədə xeyir-şər evi var, onu da sökmək istəyirlər”.

Mövzu ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən Axar.az-a bildirdilər ki, həmin tikinti icra hakimiyyətinin razılığı ilə həyata keçirilir və qanunsuz heç nə yoxdur.

Tarix
2018.06.11 / 17:37
Müəllif
Sevinc Xan Qızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla