Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Oktyabr 2018


“Uşaq Qaynar Xətti” artıq Göygöldə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqlar adətən üzləşdikləri çətinliklər - onlara qarşı baş vermiş haqsızlıq, qanun pozuntusu və zorakılıq haqqında valideynlərinə və yaxınlarına danışmaqdan çəkinir, öz hisslərini digərlərindən gizlədir, çıxış yolu axtarmaqda çətinlik çəkirlər. Çətinliklərini bölüşmədikcə ağır psixoloji sarsıntı yaşamış, müxtəlif birdəfəlik və ya davamlı zorakılığa məruz qalmış uşaqların durumu getdikcə daha da ağırlaşır, problemlər daha da dərinləşir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da uşaqların müraciət edib, məsləhət istəyə biləcəkləri, keçirdikləri hissləri, emosiyaları, psixoloji zədələri bölüşə biləcəkləri peşəkar Uşaq Qaynar Xətt xidmətinə ehtiyacı var.

Axar.az xəbər verir ki, bu ehtiyacı nəzərə alaraq, 2010-cu ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşlığı və “Azercell Telekom”un dəstəyi ilə Ümidli Gələcək GİB tərəfindən Bakı şəhərində Azərbaycan Uşaq Qaynar Xətt xidməti yaradılıb.

2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri istifadəyə verildi.

Fəaliyyət göstərdiyi səkkiz il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub. Bu zənglərin əksəriyyəti psixoloji və emosional çətinliklər, ailədaxili problemlər, şəxslərarası, həmyaşıdlararası münasibətlərdə gərginlik, həmçinin məişət zorakılığı, əlilliklə bağlı məsələlər, təhsil və hüquqi məsələlərə ehtiyac və s. aiddir. Çətinliklə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək göstərilir, onların qarşılaşdığı problemlərin həllinə dair məsləhətlər verilir, müraciətlərinin digər müvafiq xidmətlərə yönləndirilməsi təmin edilir. Qaynar Xətt xidmətinə zəng edən uşaq və gənclərə xüsusi təlimlər keçmiş peşəkar mütəxəssislər yardım edir.

2018-ci ilin mart ayından etibarən qismən fəaliyyət göstərən Göygöl Regional Uşaq Qaynar Xətt xidmətimiz iyunun 13-dən başlayaraq rəsmi şəkildə işinə başladı. Göygöl ofisimiz Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə Azercell şirkətinin dəstəyi ilə yaradılıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonların (Goranboy, Gəncə, Şəmkir, Qazax, Aqstafa) əhatə edilməsini də nəzərdə tutur.

Göygöl Regional Uşaq Qaynar Xətt xidmətinin əməkdaşlarına təşkilatın mütəxəssisləri tərəfindən Qaynar Xəttin iş prinsipləri, Telefon vasitəsilə yardım və onun xüsusiyyətləri mövzusunda təlimlər keçirilmişdir.

Xidmət 24 saat ərzində aktiv fəaliyyətini davam etdirir.

Qaynar Xəttin Göygöl Regional Xidmətinin əlaqə telefonu 051 580 22 80-dir.

Əlavə məlumat üçün:

Kəmalə Aşumova

Ümidli Gələcək GİB

İcraçı direktoru

Telefon: 055-616-69 -64

E-poçt: kamala81@mail.ru

İnternet: www.childhelpline.az

Feysbuk səhfəsi: https://www.facebook.com/AzerbaijanChildHelpline/

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Tarix
2018.06.13 / 17:55
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Kəmaləddin Heydərovun qəbul vaxtı dəyişdirildi

Bakıda erməni kartofları satılır? – Rəsmi açıqlama

Narkoman sürücüləri işə kim alır? – Ekspertdən SOS

İcazəsiz balıq ovlayan şəxslər saxlanıldı

Deputatlar hədiyyədən imtina edəcək - Qanun

Nar TV tətbiqini yüklə, sevdiyin kanallara bax

Temperatur 10 dərəcə aşağı düşəcək – Xəbərdarlıq

Seyran gölü də qurudu

PDM ekipajları döyüş atışlarına başladı - Video

Əli Qafarov vəfat etdi - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla