Yuxarı

Bakıda avtoralli zamanı itkin düşən azyaşlı qızlar tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evdən qaçan 12 və 17 yaşlı qızlar "Bulvar" yaxınlığından tapılıb.

"Axar.az" "Gün.Az" istinadən xəbər verir ki, noyabrın 23-də Bakıda avtoralli yarışını izləmək adı ilə evdən çıxan 12 yaşlı Leyla Məmmədova və onların qonşusu 17 yaşlı Qönçənin axtarışı başa çatıb.

Bir neçə gündür təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirən Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi nəhayət dünən axşam saatlarında onları tapıblar:
Bununla bağlı Gün.Az-a açıqlama verən Leylanın atası Müşfiq Məmmədov bildirib ki, onlar Sahil metrosunun yaxınlığından tapılıblar:

"Hazırda qızım prokurorun yanındadır. Hadisə ilə bağlı onunla ətraflı söhbət edirlər. Bildiyim odur ki, qızımı özündən 5 yaş böyük olan Qönçə yoldan çıxardıb, onlar da qaçıblar. Qönçənin atası da, anası da ölüb. Onu da indi bibisinə təhvil veriblər. Polislər onları tapanda yanlarında başqaları da olub. Amma polislər onların kim olduğunu mənə demədilər" – deyə, M.Məmmədov söyləyib.

Evdən qaçdıqları 6 gün ərzində Leylanın ona tez-tez anonim nömrələrdən zəng etdiyini deyən M.Məmmədov, bu 6 gündə onların internet klublarında gecələdiklərini bildirib:

"Bu neçə gündə mənə anonim nömrədən zəng edib "gəlirəm, gəlirəm" deyirdi, amma məni aldadıb gəlmirdi. İndi öyrəndim ki, Qönçənin telefonu ilə zəng edirmiş.

Onların evdən qaçmalarına hər hansı oğlan söhbəti, ya da qaçırılma məsələsi səbəb olmayıb. Sadəcə gedib əylənmək istəyiblər. Uşaqdır da, sözə aldanıb qaçıb gedib. Onları tapanda sağlam vəziyyətdə olublar. Üzərlərində ətirdən başqa heç nə olmayıb".

Qızının məktəbdə yaxşı oxuduğunu deyən Müşfiq Məmmədov, hər zaman nəzarətinin Leylanın üzərində olduğunu sözlərinə əlavə edib:

"Məktəbdən heç vaxt onun barəsində şikayət olmayıb. Evdə də hansısa zorakılıq olmayıb. Onunla hər zaman yaxşı davranmışam. Qızım indi psixoloji olaraq gərginlik keçirir. Düşünürəm ki, ona psixoloji yardım olunsa yaxşı olar.

Mən özüm "moyka"da işləyirəm. Ayda 300-350 manat qazancım var. Evi normal dolandırmışam. Qızımın da dolanışıqdan şikayəti olmayıb.

Qızımın evdən qaçmasından keçmiş yoldaşımın xəbəri olmayıb. Ana nənəsi bilirdi, o da ona deməmişdi. Neçə gündə bu məsələyə görə də məni axtarmayıb".

Tarix
2013.11.29 / 12:21
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan razılaşdı: 4 kəndlə bağlı qərar verildi - Təcili

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla