Yuxarı

Ərdoğan Türkiyəyə sürpriz etdi: Onlar kimdir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:49

Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabinetin tərkibini açıqlayıb. Türkiyə liderinin açıqladığı siyahıda gözlənilməz simaların yer alması diqqət çəkib.

Axar.az xəbər verir ki, yeni hökumətin tərkibində əvvəlki kabinetdən 4 nazir olmaqla bürokratların deyil, özəl sektorun üstünlük təşkil etdiyi müşahidə olunub.

Millət vəkili seçilən 4 nazirin istefa verməsi ilə birlikdə AKP-nin 294 millət vəkili sayı 290-a düşüb. Barat Albayraq, Əbdülhəmid Gül, Süleyman Soylu və Mövlud Çavuşoğlu kabinetin siyasi təmsilçiləri olub.

Yeni kabinetdə siyasətçi, özəl sektor və bürokratiya balansı qorunub, gözlənildiyi kimi, bürokratların üstünlüyü təmin olunmayıb. Özəl sektor daha çox sayda təmsil olunub. Kabinetə 2 qadın nazirin daxil olması ənənəsi dəyişməyib. Keçmiş nazir Atilla Qoçun qızı Zəhra Zümrüd Səlcuq Məşğulluq, Sosial Xidmətlər və Ailə naziri, özəl sektorda CEO kimi çalışan Ruhsar Pekcan isə İqtisadiyyat naziri təyin olunub. Siyahıya AKP-yə ittifaqla dəstək verən MHP-dən rəsmi bir təmsilçi daxil edilməyib.

Yeni hökumətdə əvvəlki dövrlərdə görünməmiş vəzifə təyinatları da olub. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar Müdafiə naziri, “Medipol” özəl tibb klinikasının sahibi Fəxrəddin Qoca Səhiyyə naziri, ETS tur şirkətinin sahibi Məhməd Ərsoy Mədəniyyət və Turizm naziri, “Maya” məktəblərinin sahibi Ziya Səlcuqun isə Təhsil naziri vəzifəsinə gətirilməsi ən çox diqqət çəkən məqamlar kimi yadda qalıb.

Prezident üçün ən azı 3 köməkçi təyinatı gözlənildiyi halda, ilk mərhələdə tək isim açıqlanıb. Keçmiş başnazirlik müşaviri Fuad Oqtay hələlik tək müavin olub. Bu sayın qarşıdakı vaxtda artacağı istisna edilmir.

Tarix
2018.07.10 / 13:04
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla