Yuxarı

Ərdoğanın həyat yoldaşı millət vəkilini məhkəməyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əminə Ərdoğan onu təhqir edən Kamer Gənci məhkəməyə verib.

"Axar.az"ın məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan bir neçə gün öncə "Yaponiya Milli Günü"ndə onu təhdid edən CHP-dən olan millət vəkili Kamer Gənc haqqında məhkəməyə şikayət edib.

Ə.Ərdoğanın vəkillərinin Ankara Cümhuriyyət Məhkəməsinə verdikləri şikayət ərizəsində müdafiə etdikləri şəxsin həmin tədbirdə çıxışı zamanı Kamer Gəncin hər kəsin qarşısında ona qarşı bağıra-bağıra tərbiyəsizlik etdiklərini bildiriblər.

"Kamer Gənc nəzakət qaydalarını pozaraq "Əminə xanım, sən hansı üzlə burada çıxış edirsən?" deyib. Araya mühafizəçilər girməsinə baxmayaraq, o Əminə Ərdoğana tərəf getmək istəyib və insanların gözü qarşısında skandal yaranmasına səbəb olub. K.Gəncin bu hərəkəti Ə.Ərdoğanın qüruruna toxunub, onun şərəf və ləyaqətinə alçaldıb",– deyə, ərizədə qeyd edilib.

Məhkəmə müraciətə baxacaq və bundan sonra həmin hadisə ilə bağlı qərar çıxaracaq.

Tarix
2013.11.29 / 17:37
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla