Yuxarı

Vətəndaşın iddiası əsassızdır - DGK

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi kütləvi informasiya vasitələrində Qazax rayonu, Çaylı kənd sakini Əliyev Eyvaz İsa oğlu tərəfindən yazıldığı bildirilən, Dövlət Gömrük Komitəsi (DGK) və onun əməkdaşlarının ünvanına əsassız ittihamlar irəli sürülən məktub dərc olunub. Məktubun əvvəlində Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda idxal əməliyyatları zamanı guya qanunsuzluqlara yol verilməsi ilə bağlı iddialar hər hansı fakta söykənmədiyindən qeyri-ciddi hesab olunur və müəllifin şəxsi təxəyyülünün məhsuludur.

Axar.az xəbər verir ki, bu barədə DGK-nın mətbuat xidməti məlumat yayıb.

Əliyev Eyvaz İsa oğlunun guya gömrük-keçid məntəqəsində gömrük əməkdaşlarının öz işinə etinasız yanaşması nəticəsində saat 14:30-dan 16:10-dək gözləməsi ilə bağlı iddiasına gəlincə isə Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə aparılan araşdırma nəticəsində məlum olub ki, Əliyev Eyvaz İsa oğlu 06 iyul 2018-ci il tarixdə saat 15:46-da Gürcüstan istiqamətindən idarə etdiyi avtomobillə gömrük postunun ərazisinə daxil olub və 16:21-də gömrük postunun ərazisini tərk edib. Yəni müəllifin iddia etdiyi kimi o postun ərazisində 1 saat 40 dəqiqə deyil cəmi 35 dəqiqə qalıb və bu müddət ərzində o pasport qeydiyyatından, “1 pəncərə” sistemi vasitəsilə rəsmiləşdirmə proseslərindən keçməklə yanaşı, həm də onun şəxsi avtomobilinə gömrük baxışı keçirilib.

VAİS vasitəsilə aparılan araşdırma zamanı o da məlum oldu ki, Əliyev Eyvaz İsa oğlu müntəzəm olaraq Gürcüstana səyahət edir və hər dəfə özü ilə müxtəlif növ məhsullar gətirir.

Onu da qeyd edək ki, Əliyev Eyvaz İsa oğlu ictimailəşdirdiyi iddialarla bağlı Dövlət Gömrük Komitəsinə və onun hər hansı qurumuna müraciət etməyib.

Maraqlı məqam isə ondan ibarətdir ki, əyalətdə yaşayan bu şəxsin hər hansı səbəbdən məlumatsız olduğunu nəzərə alaraq gömrük orqanları haqqında əsassız iddialar irəli sürməsi bəlkə də başa düşüləndir.

Ancaq hər hansı fakta söykənmədən əsassız iddialarla ölkənin strateji dövlət qurumunun fəaliyyəti barədə “ağıllı-ağıllı” əhkam kəsən bəzi media qurumları və onların əməkdaşları bilməlidirlər ki, qanunvericiliyə əsasən hər hansı qurum və şəxs haqqında irəli sürdükləri iddiaları həmin qurum və ya şəxsdən rəsmi cavab aldıqdan sonra ictimailəşdirməli və ya yayımlamalıdırlar. Əks halda irəli sürdükləri iddialar yalan, böhtan və qərəz xarakteri daşıyaraq qanunvericilik qarşısında məsuliyyət yaradır.

Dövlət Gömrük Komitəsi bir daha komitənin fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən qarşı tərəfin də rəsmi mövqeyini öyrənməyi və qanunvericiliyə əməl etməyi tövsiyə edir.

Tarix
2018.07.12 / 21:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla