Yuxarı

Nazir BŞTİ-ni “təmizləməyə“ başladı: 12 nəfər çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Milkayıl Cabbarovun əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılan struktur dəyişikliyi bir qrup əməkdaşın işdən çıxarılması ilə nəticələnib.

AzNews.az-a daxil olan məlumata görə, struktur dəyişikliyi ilə əlaqədar bütün əməkdaşlara öz xahişlərinə əsasən işdən çıxmaqla bağlı ərizə yazdırılıb.

Daha sonra əməkdaşlardan işlə təmin olunmaqla bağlı daha bir ərizə alınsa da, 12 əməkdaşın ərizəsi təmin edilməyib. Onlar işdən azad ediliblər. Bu əməkdaşlar arasında Strateji təhlil və kadrlarla iş, eləcə də Ümumtəhsil sektorunun əməkdaşları olub. İşdən çıxarılanlar arasında dövlət qulluğunda işə qəbulla bağlı imtahanı uğurla verərək, idarədə işlə təmin edilən iki əməkdaş da var. Məlumata görə, məsələ ilə bağlı artıq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edilib.

Qeyd edək ki, AzNews.az məsələ ilə əlaqədar Bakı Şəhəri üzr Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tarıquliyevaya sorğu ilə müraciət etsə də, gün ərzində sorğu cavablandırılmayıb.

Tarix
2013.11.29 / 18:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla