Yuxarı

Usubov Gəncə hadisələri ilə bağlı rəisləri topladı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:10

Dsxili İşlər Nazirliyində 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

DİN mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təklifi ilə iyulun 10-da radikal dini yönümlü bir qrup ekstremistin Gəncə şəhərində ictimai asayişin kobud şəkildə pozulması cəhdinin qarşısı alınan zaman xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş polis zabitləri İlqar Balakişiyevin və Səməd Abbasovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazir əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin bu ilin altı ayında daha da inkişaf etdirildiyini, kriminogen durumun nəzarətdə saxlanıldığını, ölkəmizdə keçirilmiş prezident seçkiləri dövründə, eləcə də «2018 Formula 1 Azərbaycan Qran Prisi» zamanı ictimai asayişin və təhlükəsizliyin təmini vəzifələrinin və qarşıya qoyulmuş tapşırıqların layiqincə yerinə yetirildiyini bildirib, 100 illik yubileyi münasibətilə şəxsi heyətə ünvanladığı təbrikdə ölkə rəhbərimizin cinayətkarlıqla mübarizədə, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində polisin rolunu yüksək qiymətləndirdiyini məmnunluqla xatırladıb.

Eyni zamanda, iyulun 3-də Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması və ictimai təhlükəsizliyin təmini istiqamətində daxili işlər orqanlarının fəaliyyətinin dövlət başçısı tərəfindən yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub.

Sonra geniş məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 12.844 cinayətin qeydə alındığını, bu cinayətlərin 93,8 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olduğunu, onların 89,4 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10,6 faizinin ağır və xüsusilə ağır növlər təşkil etdiyini bildirib.

Tarix
2018.07.14 / 18:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla