Yuxarı

Komitə sədri bu ölkədəki azərbaycanlılarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada bir sıra görüşlər keçirib.

Komitənin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, F. Muradov əvvəlcə Azərbaycanın Almaniyadakı səfirliyində ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad edib.

Sonra Federal Kansler Aparatının idarə rəisi Matias Lüttenberq və Almaniya Daxili İşlər Nazirliyinin Qaçqınlar və Miqrasiya məsələləri üzrə müvəkkili Kristian Klosla müxtəlif mövzularda geniş müzakirələr aparılıb.

F. Muradovun Almaniya səfəri həmçinin azərbaycanlı ailələrlə və orada təhsil alan gənclərlə keçirilən maraqlı görüşlərlə yadda qalıb. Azərbaycanlı tələbələrlə həm də işgüzar nahar təşkil edilib. Almaniyanın şərq bölgələrində yaşayan azərbaycanlılar və diaspor təşkilatlarının rəhbərləri ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ problemi, Azərbaycan diasporunun inkişaf istiqamətləri, diaspor hərəkatının yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar barədə danışılıb. Maraqlı dialoq və müzakirələrlə müşayiət olunan görüşlərdə azərbaycanlılar onları narahat edən məsələləri dilə gətirib və təkliflərini səsləndiriblər. Azərbaycan nümayəndə heyəti ölkəmizdən məzun olmuş alman ziyalılarla da görüşüb, onlarla geniş fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.

Tarix
2018.07.14 / 12:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla