Yuxarı

Monitorinqlər göstərir ki, Gəncə əhalisi... – Komitə sədri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi, siyasi, ictimai sabitlik bütün ölkələr üçün olduğu kimi bizik üçün də vacibdir. Sabitliyin qorunmasında hüquq-mühafizə orqanları, medianın rolu çox vacibdir. Hesab edirəm ki, medianın milli maraqlar məsələsində həmrəyliyini görürük, bu da vacib məsələlərdən biridir.

Axar.az xəbər verir ki, bu sözləri Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu gün kimlərsə sosial məsələləri qabardaraq, demokratiya pərdəsi adı altında ictimai-siyasi sabitliyi pozmağa cəhd edir:

“Din amilindən istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhdləri zaman-zaman hiss edirik. Son dövrlər bu məsələ qabarıq şəkildə özünü göstərir. Azərbaycanda din həssas mövzudur, əhalinin 96 faizi islam dininə inanır. Bu terroru törədənlərin ailələri, özləri araşdıranda onların dinə aid olmadığı görünür. Onlar xarici qüvvələr tərəfindən bu işlərə sövq edilir. Onlar müxtəlif ziyarətgahlara aparılır, fotolar yayılır, bununla da əməlləri din adına pərdələnir. Bu qruplara qarşı hüquq-mühafizə orqanları araşdırma aparır. Bunu araşdıranda həmin şəxslərin müəyyən qruplarla əlaqəsi görünür”.

M.Qurbanlı bildirib ki, medianın bu mövzuları işıqlandırmasında da diqqət edilməli olan məqamlar var:

“Hər dəfə bu mövzudan yazanda bunu "dini radikal qruplar" yazmağa ehtiyac yoxdur. Beynəxalq mediada yanlış olaraq islamla terror birlikdə səsləndirilir. Bu gün biz də bu cür terror hadisələrini islamla əlaqələndirməklə islamı terrorla bağlamış oluruq. Din adı altında gizlənən qruplar ifadəsini işlətsək, daha doğru olar. Dinin arxasınca "radikal" sözü gəlirsə, o, heç zaman din ola bilməz. Dinin çağırmadığını dinə bağlamaq doğru deyil. İŞİD-i geniş şəkildə təhlil etsək, onun da dinlə bağlı olmadığını görərik. Dini tam inkar edən ateistlər cəmiyyətimizdə çox deyil.

Apardığımız monitorinqlər nəticəsində məlum olur ki, Gəncə əhalisinin 4 faizi dini ayinlərin icrasında iştirak edir. Bu rəqəmi səsləndirməyimin səbəbi Gəncədəki hadisələrin bu şəhərdə dinə bağlı insanların çox olması ilə əlaqələndirilməsidir. Halbuki digər regionlarda dinə bağlı, dini ayinləri icra edənlərin sayı daha çox olur. Mediada bu mövzulara toxunanda əsl dini dəyərlərlə din pərdəsinə bürünən ekterimist qrupları ayırmalıyıq”.

Tarix
2018.07.16 / 11:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla