Yuxarı

Azərbaycan və İran gömrükçüləri görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib.

Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) Axar.az-a verilən məlumata görə, nümayəndə heyətləri İranın Culfa və Azərbaycanın Naxçıvan şəhərində bir araya gəliblər.

Azərbaycanı DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, İranı isə maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Fərud Əsgəri və digər rəsmi şəxslər təmsil ediblər.

Culfada baş tutan görüşdə Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib.

F.Əsgəri İran hökumətinin hər zaman Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu deyib, bütün sahələrdə, o cümlədən gömrük işində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib.

Qarşılıqlı münasibətlərin uğurlu inkişafında gömrük xidmətlərinin də mühüm rolunu diqqətə çatdıran S.Mehdiyev əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

Görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsi ilə İran Gömrük İdarəsi arasında iki ölkənin gömrük sərhədindən keçən mal və nəqliyyat vasitələrinə dair reallaşdırılan ilkin məlumat mübadiləsinin pilot layihəsinin artıq tam həyata keçirilməsi üçün müzakirələr aparılıb, o cümlədən, qaçaqmalçılıqla mübarizə və tranzit keçid sahəsində bəzi məsələlər müzakirə olunub.

Azərbaycan tərəfi İran gömrüyündə "bir pəncərə" prinsipinin tətbiqinə dair təklif irəli sürüb və bu istiqamətdə Azərbaycan Gömrük Xidmətinin təcrübəsinin öyrənilməsi və dəstək göstərməsi razılaşdırılıb.

Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş daha sonra Naxçıvan şəhərində davam etdirilib.

Görüş Naxçıvan Muxtar Respublikasının Ali Məclisində İran maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti F.Əsgərinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilib.

Ali Məclisin sədri Vasif Talıbovla görüşdə F.Əsgəri deyib ki, bu gün İran və Azərbaycan gömrük nümayəndələri arasında keçirilən görüşdə gömrük-keçid məntəqələrinin iş saatının artırılması, yüklərin tranzit keçidinin sadələşdirilməsi və sürətləndirilməsi, eləcə də elektron məlumat mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə olunub. Qonaq İran ilə Naxçıvan MR arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında gömrük sahəsindəki əməkdaşlığın əhəmiyyətini qeyd edib və bu sahədə səylərin artırılacağını bildirib.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev, Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri A.Məmmədov və İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrom da iştirak edib.

Daha sonra Naxçıvan Dövlət Gömrük Komitəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə iki qonşu ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi, bütün sahələrdə, o cümlədən gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu bir daha qeyd edilib.

Həmçinin bu ilin mayından etibarən Azərbaycan-İran sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələrinin 24 saatlıq iş rejimində fəaliyyət göstərməsinin əhəmiyyətinə toxunulub, hər iki dövlətin ərazisindən keçən tranzit daşımalarının artırılması, iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan müvafiq addımların əməkdaşlığın daha da gücləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Sonra tərəflər arasında əvvəlki görüşlərdə müzakirə edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bütün məsələlərin araşdırılması və təhlil olunması məqsədilə İşçi qrupu yaradılıb.

Görüşün sonunda "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Gömrük İdarəsi arasında 2018-2019-cu illər üçün gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı" və Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüşün Protokolu imzalanıb.

Sənədləri Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev və İran maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti F.Əsgəri imzalayıb.

Tarix
2018.07.16 / 17:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla