Yuxarı

Üzümə dedi ki, Azərbaycana qarşı təxribat aparıram - Şeyx

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:37

Gəncədə baş verən hadisələr bizi məyus edir və biz bu hadisəni terror adlandırırıq.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Gəncə İmamzadə Dini Kompleksində QMİ-nin təşkilatçılığı ilə keçirilən müşavirədə deyib.

A.Paşazadə qeyd edib ki, bu hadisə düşünülmüş şəkildə dövlət xadimlərinə, o cümlədən asayişi qoruyan insanlara qarşı törədilən bir terrordur:

“Bu gün Azərbaycanın naliyyətlərini, dünyada apardığı siyasəti, nüfuzunu gözü götürməyən qüvvələr var”.

A.Paşazadə hesab edir ki, burada ermənilərin əlaltılarının, “yoldaşları”nın əli vardır:

“Bilirsiniz bunu nəyə görə deyirəm. Mən axırıncı dəfə Qareginlə görüşəndə Partiarx həzrətləri ilə birlikdə idik, mən ona dedim ki, siz Azərbaycana qarşı bu qədər təxribatlar törədirsiniz, o dedi ki, siz çox inkişaf edirsiniz, varlı dövlətsiniz. O boynuna aldı ki, Azərbaycana qarşı təxribatlar aparır”.

QMİ sədri bildirib ki, Gəncə icra başçısına açılan atəş dövlətçiliyə açılan atəş idi:

“Ona görə biz dindarlar bunu pisləyirik. Daha sonra insanların keşiyində dayanan iki polis zabitimizin şəhid olması bir daha göstərdi ki, bu məqsədyönlü şəkildə törədilən bir hadisə idi və Azərbaycanda iğtişaşlar törətmək istəyən, Azərbaycanın rifahını gözü götürməyən qüvvələrin işidir”.

A.Paşazadə əlavə edib ki, bu hadisədən sonra din xadimləri yekdilliklə bu hadisəni pislədilər:

“Dindarlar da cəmiyyətin bir hissəsi kimi öz haqq səslərini qaldırdılar”.

QMİ sədri əlavə edib ki, bu hadisəni törədənlər dindən istifadə edirlər: “Bu hadisələrin İslamla heç bir əlaqəsi yoxdur. Terrorçu heç zaman islamçı, dindar ola bilməz. Bir insan terrora əl atırsa, digər insanın həyatına qəsd edirsə, bu insan dindən uzaq insandır və ona qarşı ölçü götürülməlidir”.

Qeyd edək ki, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün səhər saatlarında dindarlarla görüş üçün Gəncəyə gedib.

Tarix
2018.07.17 / 15:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla