Yuxarı

"Bakcell"in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti daha çox abunəçisinin yüksək keyfiyyətli mobil rabitə xidmətlərindən yararlana bilməsi üçün 4G LTE əhatə dairəsini genişləndirir.

Axar.az xəbər verir ki, 4G xidməti artıq Bakı və Abşeron yarımadası, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qəbələ, Lənkəran, Mingəçevir, Şəmkir, Şirvan, Siyəzən rayonları daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. Şirkətin 2018-ci ilin ilk yarısında ölkə ərazisində quraşdırdığı 400-ə yaxın yeni baza stansiyasının 300-dən çoxu 4G-ni dəstəkləyir.

“Azərbaycan bazarında yüksək sürətli mobil internet xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və bunu nəzərə alaraq, şirkətimiz LTE xidmətlərinin əhatə dairəsinin ölkənin bölgələrində genişləndirilməsini də sürətlə həyata keçirməyə davam edir. Artıq Bakı, Abşeron və Gəncə sakinləri ilə yanaşı ölkənin 30-dan çox bölgəsində yaşayan müştərilərimiz “Bakcell” şirkətinin təqdim etdiyi ən yüksək keyfiyyətli və ultra-sürətli 4G internetindən yararlanmaq imkanına malikdirlər. “Bakcell” şirkəti öz şəbəkəsinə böyük həcmdə investisiya qoyuluşları sayəsində və dünya bazarında mövcud olan ən innovativ texnologiyaları tətbiq etməklə öz LTE şəbəkəsinin Azərbaycanın bölgələrində əhatəsini bundan sonra da genişləndirməyə davam edəcək”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

Qeyd edək ki, “Bakcell” Bakı metrosunda 4G xidmətini istifadəyə verən ilk mobil operatordur.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb.

4G/LTE xidmətlərini daha çox abunəçi üçün əlçatan etmək məqsədilə “Bakcell” şirkəti 4G şəbəkənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

6500-dən artıq baza stansiyası ilə “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Tarix
2018.07.17 / 17:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla