Yuxarı

Güzəştli mənzillərin təkrar satışı nə vaxt başlayır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən may ayında Yasamal Yaşayış Kompleksində ilk sosial mənzillərin satışı təşkil edilsə də, sonradan prosedur dayandırıldı və nəticələr ləğv edildi.

Agentlik bunu mənzil seçimi mərhələsində "Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portalın artıq yüklənməyə məruz qalması və bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanması ilə əlaqələndirmişdi.

Mənzil seçiminin yenidən təşkil olunacağı deyilsə də, indiyədək agentlik bununla bağlı hər hansı məlumat yaymayıb.

MİDA-nın mətbuat xidmətinin rəhbəri Diana Dadaşova məsələ ilə bağlı Azvision.az-a açıqlamasında bildirib ki, hazırda sistem üzərində iş gedir.

"Məlumdur ki, mənzillərin ilk satışı zamanı problemlər oldu və biz nəticələri ləğv etdik. Problemlərin yenidən olmaması üçün sistem üzərində iş aparılır. Yekun nəticə haqqında ictimaiyyətə məlumat veriləcək”.

Tarix
2018.07.18 / 00:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla