Yuxarı

Yolu çökdürən gizli tuneldir? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlil Məmmədquluzadə küçəsində çökən yolun altından tapılan zirzəminin 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") morqundan “Qurd qapısı”na qədər uzanması və qədim tunel olması yalan məlumatdır.

Bu sözləri Axar.az-a açıqlamasında AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, rəsmi sənədlərdə sözügedən ərazi söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

A.Nəcəfli zirzəmidə arxeoloji qalıqlar aşkarlanmadığı üçün orada yalnız geoloji-kəşfiyyat işləri aparıldığını söyləyib.

Qeyd edək ki, bir neçə gün öncə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsinin çökməsinə səbəb torpaq altda qalan zirzəminin olması göstərildi. Sosial şəbəkə istifadəçiləri isə həmin zirzəminin 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") morqundan “Qurd qapısı”na qədər uzanan tunel olduğu barədə ehtimallar səsləndirirlər.

Tarix
2018.07.18 / 12:16
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla