Yuxarı

Millət vəkili xanım jurnalistləri topladı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Mətbuat Günü münasibəti ilə keçirilən bayram tədbirində xanım jurnalistlər bir araya gəlib.

Axar.az xəbər verir ki, tədbir “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət vəkili Qənirə Paşayeva, “Regional huquqi və iqtisadi maarifləndirmə” İB-nin sədri Arzu Bağırova və “Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdiyeva təşkilatçılığı ilə baş tutub.

Tanınmış jurnalistlərin qatıldığı tədbiri giriş sözü ilə açan millət vəkili Qənirə Paşayeva həmkarlarını Milli Mətbuat Günü münasibəti ilə təbrik edib:

“Özümü sizdən ayırmadığım üçün “bayramımız mübarək olsun” deyirəm. Arzu edirəm ki, jurnalistikamız daha da inkişaf eləsin! Uğurlarınız bol olsun. Siz mətbuatda böyük işlər görən xanımlarımızsınız. Media dördüncü hakimiyyətdir. Dördüncü hakimiyyət hər zaman öz yerində güclü olanda dövlət, cəmiyyət daha da inkişaf edir. Ona görə də hər zaman güclü olun! Ən əsası xoşbəxtliyiniz bol olsun! Qadın üçün jurnalist olmaq asan deyil. Peşəkar olmaq, uğurlar qazanmaq, uğurları davam etdirmək də asan deyil. Mən sizi çox yaxşı anlayıram. Çünki həyatımın xeyli hissəsi bu sahədə keçib”.

Daha sonra çıxış edən “Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdiyeva da media nümayəndələrini təbrik edib:

“Sağlam baxış sağlam cəmiyyət deməkdir. Siz jurnalistlər cəmiyyətin güzgüsüsünüz. Cəmiyyətdə gedən prosesləri cəmiyyətə çatdırırsınız. Gözlərinizi qorumaq üçün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyi iyulun 20-də saat 9:00-dan 15:00-dək müayinənizi təşkil edəcək. Hamınız dəvətlisiniz”.

“Regional huquqi və iqtisadi maarifləndirmə” İB-nin sədri Arzu Bağırova da jurnalistlərə təbriklərini çatdırıb, işlərində uğurlar arzu edib.

Tarix
2018.07.18 / 17:33
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla