Yuxarı

Yalan ifşa oldu: ələ keçən erməni xüsusi təyinatlısının - Fotosu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə ötən bazar günü Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində tutulan erməni diversantının hərbi geyimdə və əli silahlı fotoları yayılıb.

Virtualaz.org-un xəbərinə görə, bu fotolar Ermənistan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin bəyanatlarını tamamilə alt-üst edir.

Həmin bəyanatlarda deyilirdi ki, Azərbaycan ordusunun bölmələri tərəfindən iyulun 15-də əsir götürülən 1984-cü il təvəllüdlü Karen Kazaryan Tavuş vilayətinin Berdavan kəndinin mülki sakinidir. Heç vaxt Ermənistan silahlı qüvvələrində xidmət etməyib, çünki xidmətə yararsızdır. Və 2013-cü ildən etibarən xüsusi müalicə müəssisəsində qeydiyyatdadır. Erməni tərəfinin bəyanatlarına əsasən Karen Kazaryanın əqli cəhətdən qüsuru var.

Lakin "Vkontakte” sosial şəbəkəsindəki "Hərbi xəbərlər” qrupu Karen Kazaryanın əynində Ermənistan ordusunun xüsusi təyinatlı qüvvələrinin formasında və tam döyüş təchizatı ilə Azərbaycanla sərhəddəki postlardan birində çəkilmiş fotolarını yayıb. Həmin fotolara əsasən Kazaryan əlində avtomat postda növbə çəkir. Digər fotoda isə o xüsusi təyinatlıların avtomobilinin qarşısında dayanıb. Başqa fotoda isə Kazaryanı erməni hərbi jurnalist və kinorejissor Arşak Zakaryanın da yer aldığı qrupun əhatəsində görmək olar. Bu fotolar çox güman ki, Kazaryanın sosial şəbəkə hesablarından götürülüb. Ermənistan Müdafiə Nazirliyi və XİN isə Kazaryanın ağıldankəm mülki sakin olduğu haqda bəyanatlar verməzdən əvvəl bu fotoların yığışdırılmasını yaddan çıxarıb.

Tarix
2018.07.19 / 11:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla