Yuxarı

Ödənişli təhsil alan yetim uşaqlara şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin dekabrın 3-də keçiriləcək iclasında "Təhsil haqqında" qanunda dəyişiklik ediləcək. Bu barədə Modern.az-a parlamentdən məlumat verilib. Qanunda təklif edilən yeni dəyişikliyə görə, bundan sonra ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və ata-ana himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.

Qanunda edilən dəyişikliklə bağlı prezident İlham Əliyev müvafiq layihəni Milli Məclisə göndərib. Dəyişikilik "Təhsil haqqında" qanunun 14-cü maddəsinə edilib. Qanuna əlavə edilmiş 14.8-1 bəndi həmin imtiyazı şərtləndirir.

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə, özəl, ali və orta ixtisas təhsili müəssələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdəsi hesabına ödənilir"-deyə təklif olunmuş dəyişiklikdə qeyd edilib.

Qanuna təklif olunan dəyişiklik Milli Məclisin dekabrın 3-də keçirləcək plenar iclasının gündəliyinə salınıb.

Tarix
2013.11.29 / 22:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla