Yuxarı

Muxtar Babayev medianı təbrik etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Mətbuat Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi media nümayəndələrini təbrik edib.

Axar.az xəbər verir ki, bayram münasibətilə nazirliyin binasında tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə açan Ekologoya və Təbii Sərbətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov nazirliklə mütəmadi əməkdaşlıq edənlər də daxil olmaqla, bütün media nümayəndələrinə təbriklərini çatdırıb.

Daha sonra o, media nümayəndələrini Həsən bəy Zərdabinin layiqli davamçıları adlandıraraq onlara işlərində uğurlar arzu edib. V.Kərimov bildirib ki, nazirlik, şəxsən nazir Muxtar Babayev həmişə jurnalistlərlə əməkdaşlıq etməyə maraqlıdır. Ölkənin ekoloji vəziyyətinin qorunmasında da media nümayəndələrinin köməyindən istifadə edir.

Bundan sonra Təbii Sərvətlər və Ekologiya işçiləri həmkarlar ittifaqı Respublika komitəsinin sədri Telman Quliyev və nazirliyin mətbuat katibi İradə İbrahimova media nümayəndələrini təbrik edərək mikrofonu müxbirlərə də uzadaraq hər kəsin fikrini alıb.

Nazir Muxtar Babayevin təbrikini media nümayəndələrinə çatdıran nazirlik rəsmiləri daha sonra hər bir müxbirə bayram münasibətilə hədiyyələr təqdim ediblər.

Tarix
2018.07.20 / 15:23
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla