Yuxarı

Bu sürücülər 50 manat cərimə ediləcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 1-dən etibarən xarici dövlətlərin baza modeli əsasında istehsal edilmiş və texniki baxışdan keçməyən avtomobillərin sürücülərinin cərimələnməsinə başlanılacaq.

Xəzər xəbər-in məlumatına görə, vaxtın azlığına baxmayaraq, Zabratda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin texniki müayinə mərkəzinə müraciət edən sürücülərin sayı çox azdır.

Müayinə mərkəzindən verilən məlumata görə, müddətin bitməsinə 11 gün qalsa da, ölkə üzrə müayindən keçməli avtomobillərin cəmi 16%-i yoxlanışdan keçib. Elə biz də çəkiliş zamanı müayinə mərkəzinə gələn avtomobillərin sayının çox az olduğuna şahid olduq.

Müayinə mərkəzindən bildirilir ki, ən çox avtomobillərin işıq cihazlarında nasazlıq aşkarlanır. Ümumiyyətlə, müayinəyə vaxtında müraciət edən sürücünün aşkarlanan nasazlığı təmir etdirib yenidən müraciət etmək imkanı olur. Müayinəni son günə saxladıqda isə sürücülər uzun növbə gözləməli olurlar.

Əgər sürücülər bu müddət ərzində yoxlanışdan keçməzsə, 50 manat miqdarında cərimə olunacaq.

Tarix
2018.07.20 / 23:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla