Yuxarı

FHN-dən Nabranda tapılan 3 yaşlı uşaqla bağlı məlumat - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:07

Uşağın axtarışları hələ də davam edir. Axtarışda biz də iştirak edirik. Hələ bir söz demək mümkün deyil. Ümid edirik ki, sağ-salamat tapılacaq. Bu cür hallar yay fəslində bəzən yaşanır.

Bu sözləri Axar.az-a Nabran bələdiyyəsinin sədri Qüdrət Qədimov iyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Mayak” istirahət mərkəzində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları ilə bağlı danışarkən deyib.

Bələdiyyə sədri bildirib ki, uşaq valideynlərinin yanında olub. Sonradan gözdən itib. Lakin hansı tərəfə, hansı istiqamətə getdiyi məlum deyil:

“Axtarışlar tam gücü ilə davam edir. Mənim təcrübəmdə bu ilk hadisədir. Ancaq Nabranda belə hallar olub. Hətta meşədə gəzintiyə çıxarkən yolu azıb itkin düşənlər də olub.

2 gündür axtarışlarımız davam edir. Axtarış həm meşədə, həm də suda aparılır”.

Xatırladaq ki, Nabranda “Mayak” istirahət mərkəzlərində 3 yaşlı oğlan uşağı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən axtarış-xilasetmə əməliyyatına FHN-in Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.

***

Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.

***

Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Nabran bələdiyyəsinin sədri Qüdrət Qədimov da açıqlamasında faktı təsdiqləyib. Sədr bildirib ki, uşaq meşəlik ərazidə tapılıb və səhhəti normaldır.

***

Uşaq tapılandan sonra yaxınlıqda olan tibb məntəqəsinə aparılıb. Tibbi müayinə zamanı onun hər hansı probleminin olmadığı məlum olub. Bundan sonra azyaşlı valideynlərinə təhvil verilib.

3 yaşlı İsmayılın ilk sözləri bu olub: "Yaxşıyam. Akula axtarırdım. Babamgil üçün darıxmışdım".

Uşağı ərazidən tapan şəxslər azyaşlının həmin an əynində paltar olmadığını deyiblər: "Biz axtarışa çıxdıq. Marağa dedik gedib baxaq. Uşağı çağırırdım. Bir dəfə cavab verdi. Aşağı düşə bilmədik. Aşağı düşüb kolların arasından keçib çayı keçdik. Qabaqda çayı keçdik o biri tərəfə. Çayda qışqırdıq, cavab vermədi. 30 dəqiqədən sonra Edik deyilən şəxs qışqırdı. Çayın içində qaçıb, gedib gördüm ki, uşaq onu qucağındadır. O dedi uşaq çayın içi ilə yuxarı çıxırdı. Bu mümkün deyil. Biz güclə çıxırdıq. Vəziyyəti yaxşı idi. Burdan yol yox idi ora keçməyə. "Mayak" tərəfə qayıdanda gördük uşağın səsi gəlir. Edikin qucağında idi, əynində heç nə yox idi. O çay belə axır, uşağın əks istiqamətdə getməsi mümkün deyil".

Xaçmaz Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri də ərazidə olublar. Faktla bağlı araşdırmalar aparılır.

***

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları başa çatıb.

FHN-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, İ.Novruzov axtarış aparılan ərazidə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Tarix
2018.07.23 / 22:07
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla