Yuxarı

Azərbaycanlıları təhqir edən nazirə məktub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Germi şəhərinin İran parlamentindəki millət vəkili Himayət Mirzadə ümumtəhsil müəssisələrində qeyri-fars dillərinin tədrisini qadağan edən Təhsil naziri Məhəmməd Bəthayiyə açıq məktub ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, Mirzadə açıq məktubunda təhsil nazirindən üzr istəməsini tələb edib.

Məktubda deyilir:

“Sizin qeyri-fars dillərin tədis edilməsini “təhlükəli” və “qırmızı xətt” adlandırmağınız olduqca təhlükəli və ölkə Konstitusiyasına ziddir. Konstitusiyaya görə, məktəblərdə fars dili ilə yanaşı, digər yerli dillərin tədris olunması sərbəstdir. Buna görə də 15-ci maddənin icrasına başlanılmalıdır. Siz insanlardan dərhal üzr istəyərək, səsləndiriyiniz fikirləri təkzib edib, Konstitusiyanın 15-ci maddəsinin icrası ilə bağlı əyalətlərdə yerli dillərin tədrisi üçün xüsusi qrupların yaradılması barədə göstəriş verməlisiniz. Bu qruplar yerli dillərdə dərsliklər hazırlayıb və müəllimlər yetişdirərək digər dillərin də tədrisinə zəmin yaratmalıdır”.

Himayət Mirzadə məktubun sonunda vurğulayır ki, millət vəkilləri təhsil nazirini parlamentə çağıraraq hesabat tələb etmə hüququnu özündə saxlayır.

Qeyd edək ki, İranın Təhsil naziri Məhəmməd Bəthayi məktəblərdə qeyri-fars dillərin tədrisinin təhlükəli olduğunu əsas gətirərək, bunun qadağan edildiyini açıqlayıb. Nazirin fikirləri Güney Azərbaycanda etirazlara səbəb olub.

Tarix
2018.07.23 / 15:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla