Yuxarı

Nazirlik dərhal araşdırma apardı: sakinlər düz deməyib - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonu Şərifzadə 168 A ünvandakı binanın həyətində yerləşən parkın ağaclarının “Qismət-M Construction” tikinti şirkəti tərəfindən kəsilməsilə bağlı məlumat getdikdən dərhal sonra nazirlik məsələyə müdaxilə edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, məlumat Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən ünvana keçirilən baxış zamanı ağac kəsintisi faktı aşkar edilməyib.

Araşdırma zamanı ərazidə pilot layihə çərçivəsində “Qismət-M Construction” MMC tərəfindən köhnə beşmərtəbəli binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının və yeraltı avtomobil daynacağının tikildiyi müəyyən edilib. Dayanacağın girişindəki müxtəlif cinsli bioloji inkişafda olan 6 ədəd ağacın dayanacaq fəaliyyət göstərəcəyi təqdirdə kəsilmə təhlükəsi altında qalacağı qeydə alınıb.

Faktla bağlı akt tərtib olunub və ağacların qorunub mühafizə olunması, aqrotexniki qulluq göstərilməsi məqsədilə MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Qeyd edək ki, sözügedən ərazidə tikinti işlərinin başlaması və ağacların kəsilmə təhlükəsi olduğu barədə Axar.az-a məhəllə sakinləri məlumat vermişdi.

Tarix
2018.07.23 / 16:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla