Yuxarı

Türkiyəli jurnalist: Xocalı vicdanımızı sızlatdı – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Yalova şəhərində 18-22 iyul tarixində Türk Boyları Kültür Şöleni çərçivəsində 12-ci YAFEM (Yalova Folklor Təhsil Mərkəzi) Türk Dünyası jurnalistlərinin görüşü baş tutub.

Axar.az xəbər verir ki, görüşə Krım, Suriya və İraq türkmanları, Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Bolqarıstan, Rumıniya, İran, Moldova, Qərbi Trakya türkləri, Tatarıstan, Şərqi Türküstan olmaqla, ümumi 25 ölkələrdən 32 jurnalist qatılıb. Tədbirdə qondarma erməni iddiaları və Qarabağda türklərə qarşı edilən soyqırımlar, Yaxın Şərqdən Qafqaza, Balkanlardan Orta Asiyaya uzanan türk mədəni coğrafiyasının əsas problemləri müzakirə edilib.

İştirakçılar təmsil etdiyi ölkənin problemlərini, türklərin qarşılaşdığı çətinlikləri dilə gətirib.

Axar.az-ın “Xocalıda yaşanılanlar” mövzusunda yayımlanan xüsusi reportajı xüsusi marağa səbəb olub. Çıxışdan sonra jurnalistlər Xocalıda yaşanılanlarla bağlı fikirlərini paylaşıb.

Türkiyəli jurnalist Möhsün Sevəncan Xocalı qətliamını hər zaman mediadan izlədiklərini, amma bu gün təqdimat zamanı həqiqətən kövrəldiklərini, ağladıqlarını deyib:

“Orada yaşanılan vəhşəti gördük. Azərbaycanlı qardaşlarımıza qarşı edilən bu vəhşət ürəyimizi, vicdanımızı sızlatdı. Bu mövzuda buraya öz ölkələrindən gələn jurnalistlərə də çox gözəl məlumatlar verdiniz. Allah bir daha belə ağrılar yaşatmasın. İnşallah, Ermənistan kimi vəhşətə yönəlik ölkələr bundan sonra bu cür davranışlara cəsarət edə bilməz. Biz bütün varlığımızla Azərbaycandakı qardaşlarımızın yanındayıq. YAFEM, Türk dünyası jurnalistləri olaraq Azərbaycandakı qardaşlarımızın bütün haqlarını müdafiə etməyə, onları gündəmə gətirməyə hazırıq, ictimai fikir formalaşdırmaq üçün əlimizdən gələni edirik. Biz bir millətik, qardaşıq. Əbədi olaraq, qiyamətə qədər də bu belə davam edəcək”.

Əfqanıstanlı jurnalist Mustafa Kamal Mahdum isə bildirib ki, Qarabağ sadəcə Azərbaycanın deyil, türk dünyasının məsələsidir:

“Qarabağ bizim qanayan yaramızdır, bilirik. Bilirik, amma bu qədər təfərrüatı ilə yox. İnşallah bir gün zəfəranlı plovu Qarabağda yeyəcəyik”.

Bolqarıstandan olan jurnalist Rafət Ulutürk Xocalı ilə bağlı çıxışların, tədbirlərin Bolqarıstanda, Balkanlarda da keçirilməsinin vacib olduğunu deyib.

“Bolqarıstan olaraq Azərbaycan bizim üçün çox önəmlidir. Çünki 1950-60-cı illərdə Azərbaycandan Bolqarıstana müəllimlər gedir. Lakin 1960-cı ildən sonra onların hamısını geri yollayırlar. Səbəbi isə onların orada türkçülük etmələri idi. Yəni bizim türkçülükdə və türk qalmağımızda azərbaycanlıların çox faydaları var. Sadəcə Türkiyə deyil, Azərbaycan digər dövlətlərlə, Balkanlarla da əməkdaşlıq etməlidir”, - bolqarıstanlı jurnalist bildirib.

Türkiyə-Rusiya Parlamentlərarası Dostluq Qrupunun koordinatoru, Moskva-Azərbaycan cəmiyyətinin müavini Malik Kərimov Xocalı hadisəsi, ermənilərin bizə qarşı etdiyi vəhşilikləri dünyada yayımladığını deyib.

“Biz vaxtında hərəkət etmədik, medianı bu işə qoşmadıq. Mən ABŞ-da müşahidəçi olan zaman bu kasetləri paylayanda dedilər ki, siz Azərbaycan türkləri ermənilərə bunları etmisiniz. Onlar bizi vəhşi millət kimi ABŞ-a təqdim ediblər. Sanki biz onlara bunları etmişik. Amma siz gənclərə təşəkkür edirik ki, bunu davam etdirirsiniz. Mənim Tatarıstandan tələbəm var, soruşdum. Xocalı ilə bağlı heç nədən xəbəri yoxdur. Bunu universitetlərdə, qatıldığımız bütün toplantılarda danışıqdan əlavə, sizin kimi göstərmək lazımdır”.

Tatarıstandan olan jurnalist Zara Kəbirova Xocalı ilə bağlı ilk dəfədir eşitdiyini deyib:

“İzlədiklərim çox təsirli idi. Bundan əvvəl danışılanlardan əksini eşitmişdim. Azərbaycanlıların ermənilərə qarşı soyqırım etdiklərini demişdilər. İndi bunları gözümlə gördüm və həqiqətən dəhşətdir. Belə olmamalıdır”.

Tarix
2018.07.23 / 17:49
Müəllif
Sevinc Xan Qızı
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla