Yuxarı

Azərbaycanlı əsirin məktubu: minlərlə girov… – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə Sankt-Peterburqda yaşayan bir azərbaycanlının Yutub sosial şəbəkəsində yayılan səs yazısı narahatlıqla qarşılanmışdı.

Axar.az xəbər verir ki, səs yazısında azərbaycanlı Sankt-Peterburqun Sofiyski bazarına Ermənistandan daxil olan ərik yeşiklərinin içərisində bir zərf tapıldığını bildirmişdi. İddiaya görə, zərfi Ermənistanda əsirlikdə saxlanılan azərbaycanlı yazıb. O, Ermənistanda necə dözülməz şəraitdə saxlandıqlarını, işgəncələrə məruz qaldıqlarını bildirir və kömək istəyirmiş.

Məktubun fotosu və digər təsdiqləyici faktlar olmasa da, məlumat diqqət çəkməyə bilməzdi.

Bu gün isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarlarla bağlı ən son statistikanı təqdim edib.

Belə ki, 1 avqust 2018-ci il tarixinə itkin düşənlərin sayı 3875 nəfərdir. Onlardan 3610 nəfəri kişi, 265 nəfəri qadındır.

İtkin düşmş şəxslərin 3168 nəfəri hərbçi, 707 nəfəri mülki vətəndaşdır. 707 nəfərdən 67-si uşaq, 265-i qadın, 324-ü qocadır.

Əsir-girov götürülməsi barədə Dövlət Komissiyasına məlumatlar daxil olmuş şəxslərin sayı 871 nəfərdir. Bunlardan 773-ü kişi, 98-i qadındır.

Əsir-girov götürüldüyü bildirilən şəxslərdən 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxs olub. 267 mülki vətəndaşın 29-u uşaq, 98-i qadın, 112-si qocadır.

Əsir və girovluqdan azad edilmiş şəxslərin sayı 1476 nəfər olub. Bunun 1113 nəfəri kişi, 363 nəfəri qadındır.

Əsir və girovluqdan azad edilənlərin 362 nəfəri hərbçi, 1114 nəfəri mülki şəxsdir. Mülki şəxslərin 223-ü uşaq, 363-ü qadın, 224-ü qoca olub.

Tarix
2018.08.03 / 14:44
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla