Yuxarı

Fazil Mustafa nurçuları tənqid edənləri şərəfsiz adlandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda bir məktəb belə açmayan şərəfsizlər heç olmasa nurçunun məktəb açdığını görüb utanmalıdır. Məsələn, əgər 10 məktəb açsam, məndən xoşbəxt insan ola bilməz. İndi bunlar yüzlərlə məktəb açan adamları təhqir obyektinə çevirirlər, amma özləri bir məktəb də açmayan şərəfsizlərdir. Elə ona görə də bu məsələlərdə güzəştə getmək olmaz".

Bu sözləri millət vəkili Fazil Mustafa son günlər mətbuatda haqqında gedən yazılara münasibət bildirərkən "Axar.az"a dedi.

Millət vəkili həmçinin haqqında səslənən ittihamlara, onu "nurçu" adlandıranlara da sərt şəkildə cavab verdi:

"Biri var qanuni nikahdan doğulanlar, biri də var siğə yolu ilə dünyaya göz açanlar – bunlar çox fərqli şeylərdi. Yəni nikahdan doğulanlar, ümumiyyətlə, İlahi bir insan münasibətinin tənzimlənməsini həyata keçirirlər. Amma siğədən doğulanlar müvəqqəti nikahdan doğulanlar sayılır, onlarçün doğulma meyarı kimi, qiymətləndirmə meyarı da eyni formada olur...

Mən, ümumiyyətlə, İslamda təriqət əleyhinə dissertasiya müdafiə eləmişəm. İslamda da təriqətliyi müsbət qarşılamıram. İndi bu insanlar təkcə onu demirlər. Onlar mənim İslamın daha vəhşi din olaraq göstərilməməsi üçün atdığım addımlar müqabilində mənə nə deməlidirlər? Məsələn, kimə isə içki içdiyinə görə "alkoqolik" deyirlər. Onlar baxır ki, mən içki içmirəm və ya əyyaş həyat keçirmirəm. Normal ibadətimi edirəm və heç bir təriqəti qəbul eləmirəm. İndi bunlar görün nə qədər hazırlıqlı olmalıdırlar ki, mənim fikirlərimi təkzib eləsinlər. Amma onu edə bilmirlər. Buna görə də mənə iyrənc şəkildə şər atırlar. Ümumiyyətlə, mənim hər hansı bir təriqətlə əlaqəm ola bilməz, çünki yanaşmam fərqlidir. İndi mənim nurçularla hansısa fikirlərim üst-üstə düşürsə, onu izah eləsinlər! Mən deyirəm ki, baş yarmaq, zəncir vurmaq insana, İslama xas xüsusiyyət deyil. Əlbəttə ki, bunları deyəndə də mənə istənilən ad qoşacaqlar. Bunları vaxtilə Mirzə Cəlil də, Sabir də deyəndə, onları da daş-qalaq ediblər. Bu adamlar hətta nurçuluq səviyyəsində də özlərini inkişaf etdirmiş adamlar deyillər, amma durub indi onları tənqid edirlər".

Tarix
2013.11.30 / 13:57
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla