Yuxarı

Azərbaycan Xəzərdə döyüş təliminə başladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmə­ti (DSX) Xəzər dənizində taktiki döyüş təliminə start verib.

DSX-dən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən dəniz sər­hədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respubli­kasına mənsub bölməsində təhdidlərə qarşı effektiv mübarizənin tə­min edilməsi, döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Bu tədbirlər sırasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Çevik Hərəkət Qüvvələri tərəfindən birgə keçirilən taktiki döyüş təlimləri xüsusi yer tutur. Avqustun 10-da Dövlət Sərhəd Xidmə­tinin silahlı birləşmələri tərəfindən “Xəzər dənizinin Azərbaycan Res­publikasına mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi” möv­zusunda taktiki döyüş təliminə start verilib.

Xəzər dənizində Azərbaycan Respublikasının dövləti maraqlarının qorunması imkanlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimin əsas hədəfləri aşağıdakılardır:

Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infras­trukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili;

dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdiril­məsi;

sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi;

gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması;

raket-artilleriya qurğularından atışların keçirilməsi;

Xəzər dənizi hövzəsindən qanunsuz məqsədlərlə istifadə hallarının, o cümlədən narkotik vasitələrin və digər qaçaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınması.

Təlimdən əvvəl DSX Çevik Hərəkət Qüvvələrinin bazasında tə­limə cəlb olunan helikopterlərə, pilotsuz uçan aparatlara, komanda-qərargah maşınlarına və xüsusi nəqliyyat vasitələrinə, çevik bölmələ­rin şəxsi heyətinə, DSX Sahil Mühafizəsinin sahil bazasında sərhəd gözətçi gəmilərinə, dənizçi şəxsi heyətə, döyüş texnikasına, xüsusi dalğıc avadanlıqlarına, rabitə ləvazimatlarına, kinoloji bölmələrə sıra baxışları keçirilib, onların təlimə hazırlıq səviyyəsi yoxlanılıb.

Sıra baxışları yekunlaşdırıldıqdan sonra təlimə cəlb olunan sər­həd gözətçi gəmiləri, uçuş vasitələri, digər xüsusi texnika və şəxsi heyət tərəfindən təlim üzrə tapşırıqların icrasına başlanılıb.

Tarix
2018.08.10 / 15:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla