Yuxarı

Polislər arasında özünümüdafiə təlimi keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində Bakı Şəhər Baş Polis İdarəsinin, ərazi polis orqanlarının və metropolitenin mühafizəsi üzrə polis şöbəsi əməkdaşlarının təlim-məşq toplantısı keçirilib.

DİN-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, toplantı şəxsi heyətin fiziki hazırlığının daha da artırılması, silahsız özünümüdafiə fənlərinə daha yaxşı yiyələnməsi məqsədi daşıyıb.

Toplantıda idmanın təşkili bölməsinin əməkdaşı, respublikanın Əməkdar məşqçisi Hikmət Hacıyev çıxış edərək silahsız özünümüdafiə üzrə təlimlərin aparılmasının başlıca prinsipləri barədə məlumat verib, hər polisin müvafiq proqrama yiyələnməsinin əhəmiyyətindən danışıb.

Sonra əməkdaşlar həmin fənlərin daha yaxşı mənimsənilməsi məqsədilə bacarıqlarını nümayiş etdiriblər.

İl ərzində davam edəcək təlim müddətində idman cəmiyyətinin təcrübəli əməkdaşları fiziki hazırlıq məşğələlərinin səmərəsinin artırılması barədə məsləhətlər verəcəklər.

Tarix
2018.08.11 / 20:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla