Yuxarı

Abituriyent saxtakarlıq edib? - DİM-dən açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:51

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanında 596 bal toplayan abituriyent universitetə qəbul ola bilməyib.

Axar.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib.

“Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli, bu şəxs 596 bal toplayıb. Elektron ərizəsində də görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb. 15 illik təcrübəmdə belə şey görməmişəm. Deyəsən, DİM sürüşdürüb”, - ekspert bildirib.

Məsələ ilə bağlı Axar.az-a danışan Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, sözügedən fotoda düzəliş edilib:

“Araşdırdıq və məlum oldu ki, Əsgərli İbrahim Əli oğlu fotoşopla elektron ərizənin fotosu üzərində dəyişiklik edib. Həmin abituriyent fotoda qeyd olunduğu kimi 596 yox, daha aşağı bal toplayıb. Bu, böyük bir saxtakarlıqdır. Əsgərli İbrahim öz nəticəsini yüksək təqdim etməklə qayda pozuntusuna yol verib”.

Tarix
2018.08.16 / 11:30
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla