Yuxarı

DİM-abituriyent qalmaqalı: Məhkəməyə verəcəyik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:46

Bu ilin qəbul kampaniyasının əsas mərhələsi başa çatılb və artıq ümumi nəticələr açıqlanıb. Proses tam şəffaf keçib.

Axar.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu gün ümumi nəticələrlə bağlı tədbir keçiriləcəkdi, lakin fövqəladə hal baş verdi və biz həmin hal ilə bağlı da açıqlama veriləcək:

“Yüksək bal topladığı halda ali məktəbə qəbul olmadığını iddia edən abituriyent İbrahim Əsgərli və bu məlumatı sosial şəbəkədə paylaşan Kamran Əsədovu tədbirə dəvət etmişik. Bizim bu məsələ ilə bağlı mövqeyimiz açıqlanıb. Hər bir abituriyentlə bağlı məlumatı yalnız onun razılığı əsasında açıqlaya bilərik. Biz hətta qanun pozuntusuna yol verən abituriyentlər haqqında belə fərdi məlumatları yaymırıq”.

Daha sonra M.Abbaszadə İ.Əsgərlinin valideynlərinin razılığı əsasında onun imtahan nəticələri barədə açıqlama verib:

“Hər bir abituriyent imtahan verəndən iki gün sonra onun bal arayışı hazır olur. Hətta onun cavab kartının qrafik təsviri də internetdə verilir. Sonuncu imtahan iyul ayının 26-da keçirilib və bu vaxta qədər hər hansı abituriyent nəticələrinin pozuntularıyla bağlı müraciət etməyib. İbrahim Əsgərli yaz imtahanında 410 bal, yay imtahanında 451 bal toplayıb. İnternet saytda həmin abituriyentin arayışı, qrafik təsviri də verilib. Cavab kartları oxunan zaman bizim işimizi Xüsusi Mühafizə Xidmətinin işçiləri müşahidə edir. Kartlar qapalı arxivə vurulur, möhürlənir. Bizim o kartlara əl vurmaq imkanımız yoxdur. İnternetdə yerləşdirilmiş kartlarda bütün məlumatlar əks olunub. Ona görə də bu abituriyentin 596 bal toplaması barədə iddiası qəbul olunmur. Biz cavab kartlarını yalnız məhkəməyə təqdim edirik. Bu məsələnin ictimailəşdirilməsini nəzərə alaraq Xüsusi Mühafizə Xidmətinə müraciət etdim. Bizim işgüzar nüfuzumuza zərər vurulduğuna görə bu məlumatı yayanları məhkəməyə verəcəyik. Biz ondan təkzib etməsini istədik, lakin etmədi, ona görə də onu məhkəməyə verəcəyik. Bu məsələni nə biz, nə valideyn ictimailəşdirib. Valideynlərdən biri bizim əməkdaşlarla birlikdə Xüsusi Mühafizə orqanının əməkdaşı və bir media nümayəndəsi ilə möhürlənmiş yerdən kartları götürüb baxsınlar”.

İbrahim Əsgərlinin valideyni isə bildirib ki, imtahan nəticələri barədə göndərilən mesajda övladının 596 bal topladığı göstərilib.

Daha sonra çıxış edən təhsil eksperti Kamran Əsədov isə məlumatları abituriyent və ailənin razılığı əsasında paylaşdığını deyib.

“Məqsəd sizin işgüzar nüfuzunuza zərər vurmaq deyil. Məqsəd bu məsələni aydınlaşdırmaq idi”, - ekspert qeyd edib.

M.Abbaszadə isə bildirib ki, kompüter proqramları ilə əlaqədar nəticələrin saxtalaşdırılması mümkündür, lakin bizim sistemə hər hansı bir müdaxilə mümkün deyil. Ya kodu sizə səhv göndəriblər, ya da fərqli sistemlə daxil olub nəticəni dəyişdiriblər. İstəmirəm ki, hər hansı haker proqramlarının adını sadalayım. Lakin bir kompüterdə nəticəni dəyişdirmək mümkündür. Ola bilər ki, heç sizin övladınız imtahanda iştirak etməyib. İbrahim Əsgərlinin sınaq imtahanında nəticələri 279, 428, 512 bal olub. Əgər bizim nəticələrimizdən razı deyilsinizsə, məhkəməyə müraciət edin. Siz müraciət etməsəniz, biz məhkəməyə müraciət edəcəyik. Bəzən uşaqlar valideynlərdən qorxduqlarına görə nəticələrini dəyişə bilirlər. Belə hallar olur. Onlar da çox gözəl bilir ki, bu fayllar üzərində iş aparıblar. Bəlkə də, kodlaşdırma üçün müraciət etdikləri şəxslər onları aldadıb. Təəssüf ki, sənədvermə prosesində üçüncü şəxslərə müraciət edirlər, bəzən abituriyentlər öz kodlarını bilmirlər. Bu proses ətrafında kimlərsə biznes qurur, bu zaman abituriyent və valideynləri aldadırlar. Bəzən isə abituriyent özü valideyni aldadır. Bizim bu prosesdə heç bir marağımız yoxdur. Hər kəs topladığı balla bağlı məlumatları imtahan bitəndən sonra əldə edib”.

Abituriyentin valideynləri Dövlət İmtahan Mərkəzini beynəlxalq məhkəməyə verəcəklərini deyiblər.

Qeyd edək ki, bu gün təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı məlumat paylaşmışdı.

Tarix
2018.08.16 / 16:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla