Yuxarı

Bakıdakı manyak məhkəməyə çıxarılır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:06

Son günlərdə orta yaşlı kişi Bakı şəhəri Nərimanov rayonu Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb.

Xaliq Faiqoqlu MMC-dən Axar.az-a verilən məlumata görə, 199 saylı marşrut xəttinin “Yaşıl bazar”ın qarşısında yerləşən son dayanacağına (ünvan: Xətai pr. 11-23) günün müxtəlif saatlarında gələn həmin şəxs içkili vəziyyətdə qeyri-adekvat hərəkətlər edərək avtobusların qarşısını kəsir və onların hərəkətinə maneə yaradır.

Bildirilib ki, həmçinin, həmin şəxs sürücüləri və sərnişinləri ölümlə hədələyir, rəsmi təyin edilən dayanacaq məntəqəsində avtobusların dayanmasına imkan vermir. Həmin şəxsin qeyri-qanuni və qeyri-adekvat hərəkətləri səbəbindən artıq bir neçə dəfə avtobusdakı insanlar ictimai nəqliyyat vasitəsini tərk etməyə, ərazidən uzaqlaşmağa məcbur olub.

Açıq-aşkar formada sürücülərə və avtobusun məxsus olduğu şirkətin əməkdaşlarina nalayiq ifadələr işlədən həmin şəxs vətəndaşları ölümlə hədələyir. Ərazidə yaşayan insanlar həmin şəxsin adının Nəbi olduğunu bildiriblər.

Avtobusların istismarçı şirkəti həmin şəxslə bağlı aidiyyatı orqanlara müraciət edib.

***

Sosial şəbəkələrdə Bakıda avtobus sürücüləri və sərnişinləri ölümlə hədələyən manyakın peyda olması ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bunu Report-un sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, həmin şəxs əslində manyak deyil, sadəcə tüfeyli həyat tərzi keçirən biridir: "Bu adam Quba rayon sakini Nəbi Ağayevdir və onun tərəfindən törədilən ilk hadisə də deyil. O, bundan iki gün əvvəl, yəni avqustun 15-də də 199 nömrəli avtobusun səhv etmirəmsə sonuncu dayanacağında dispetçerlə mübahisə edib. Sərxoş vəziyyətdə olduğundan ödəmə kartları olan aparatların niyə quraşdırılmadığını tələb edib, avtobusun dispetçeri, sürücüləri və sərnişinləri ölümlə hədələyib. Bu səbəbdən dispetçerlərin müraciəti əsasında Nərimanov rayon Polis idarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı kobud şəkildə pozduğuna görə cərimələnib".

O.Mansurzadə deyib ki, N.Ağayev barəsində çıxarılan qərardan nəticə çıxarmayıb: "O, iki gün sonra Xətai prospektində eyni əməli törədib və polis tərəfindən saxlanılıb. Bu dəfə onun barəsində daha ciddi tədbirlər görüləcək. Artıq məsələ eyni maddə ilə polis tərəfindən sənədləşdirilib və baxılması üçün məhkəməyə göndərilib. Qanunvericiliyə görə, təkrar eyni əməl törədildiyi təqdirdə cəza sanksiyaları sərtləşdirilir, inzibati həbs nəzərdə tutulur. N.Ağayev sabah məhkəməyə çıxarılacaq və onun barəsində müvafiq qərar veriləcək".

Qeyd edək ki, N.Ağayev son günlər Bakı şəhərinin Nərimanov rayonunun Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb. O, 199 saylı marşrut xəttinin “Yaşıl bazar”ın qarşısında yerləşən son dayanacağına (ünvan: Xətai pr. 11-23) günün müxtəlif saatlarında içkili vəziyyətdə gələrək qeyri-adekvat hərəkətlər edib, avtobusların qarşısını kəsib və onların hərəkətinə maneə yaradıb. Həmçinin sürücüləri və sərnişinləri ölümlə hədələyib, rəsmi təyin edilən dayanacaq məntəqəsində avtobusların dayanmasına imkan verməyib. Həmin şəxsin qeyri-qanuni və qeyri-adekvat hərəkətləri səbəbindən artıq bir neçə dəfə avtobusdakı insanlar ictimai nəqliyyat vasitəsini tərk etməyə, ərazidən uzaqlaşmağa məcbur olublar.

Tarix
2018.08.17 / 21:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla