Yuxarı

Millət vəkili qazax nazir müavini ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Macarıstanda keçirilən Turan Qurultayı çərçivəsində Qazaxıstanın Mədəniyyət və idman nazirinin müavini Kuatjan Ualiyev ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın getdikcə daha da artmasının sevindirici hadisə olduğu vurğulanıb.

Q.Paşayeva Azərbaycan və Qazaxıstan rəhbərlərinin yüksək dostluq münasibətləri və onların rəhbərliyi altında iki qardaş ölkə münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən danışıb.

Millət vəkili Azərbaycan parlamentinin Qazaxıstanla əlaqələrin və dostluğun inkişafına böyük önəm verdiyini, parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini qeyd edib.

Görüş zamanı deputat Azərbaycan, xüsusilə də Qarabağ həqiqətləri ilə bağlı da geniş məlumat verib.

Kuatjan Ualiyev ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu deyib.

Q.Paşayeva həmçinin Qazaxıstanın KİV və Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali və bir sıra universitet rektorları ilə də görüşüb.

Görüşdə iki qardaş arasında əməkdaşlığın imkanları və türk birliyinin güclənməsi istiqamətində yeni layihələr ətrafında önəmli fikir mübadiləsi aparılıb.

Tarix
2018.08.17 / 12:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla