Yuxarı

Ekspertdən DİM-in iddialarına cavab: Məqsədim...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 avqustda abituriyent İbrahim Əsgərlinin valideynləri mənə müraciət etdi. Məsələ təəccüb yaratdığı üçün onların öz razılığı ilə Feysbuk səhifəmdə paylaşdım. Məqsəd məndən daha təcrübəli şəxslərdən məsələnin nə yerdə olduğunu öyrənmək idi. Bu məsələ ilə bağlı yazdığım status hələ də qalır.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov dünən 596 bal topladığı iddia edilən abituriyentin universitetə qəbul olmaması ilə bağlı yaranan qalmaqala aydınlıq gətirərkən deyib. O, DİM əməkdaşının zəng edərək təkzib verməyini tələb etdiyini söyləyib:

“Həmin paylaşımdan bir az sonra DİM-in əməkdaşı əvvəlcə mənə zəng edərək, sonra da mesaj yazaraq təkzib yazmağımı, bu olmayacağı təqdirdə məni məhkəməyə verəcəyini dedi. Bildirdi ki, abituriyentin mənə təqdim etdiyi sənəd fotoşopdur.

Bunun ardınca mən iki dəfə DİM-in bu məsələ ilə bağlı mövqeyini əks etdirən status yazdım. Baxmayaraq ki, DİM tərəfindən mənə təkzib etmək üçün heç bir tutarlı sənəd, sübut təqdim edilməmişdi. Hətta indiyə qədər də mənə abituriyentin həqiqi nəticəsinin neçə olduğu barədə heç bir məlumat verilməyib. Şifahi qaydada deyilən hansısa bir informasiya ilə bağlı təkzib verməli idim?

Bunun ardınca abituriyent və onun valideynləri ilə saat 12-də DİM-in inzibati binasının qarşısında görüşdük. Sonra DİM-in əməkdaşı ilə görüşdük, şifahi qaydada bu sənədin saxta - fotoşop olduğunu bildirdi və bizi saat 15:00-da keçiriləcək mətbuat konfransına dəvət etdi.

Saat 15:00-da DİM-in inzibati binasında həmin abituriyentin ailə üzvlərinin və KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirildi. Burada DİM rəhbəri iddia edir ki, mən təkzib verməmişəm.

Mətbuat konfransı saat 15:00-da başlayıb və mən buna qədər DİM-in mövqeyinin əks olunduğu və KİV-lərdə də gedən iki status yazmışdım.

DİM abituriyentin iddiasının əsassız olduğunu əks etdirən hansısa bir sənəd təqdim etməmişdi ki, o sənəd əsasında mən daha geniş münasibət bildirim. Valideynlər tərəfindən mənə verilmiş istifadəçi adı və parol ilə onun elektron ərizəsinə daxil olmaq mümkün deyildi. Bu barədə də DİM rəhbərliyinə mətbuat konfransında bildirdim.

Bu məsələnin (ümumiyyətlə, təhsillə bağlı istənilən məsələnin) Feysbuk hesabında paylaşılması zamanı təkcə məqsəd sözügedən problemin aydınlaşdırılması idi.

DİM iddia edir ki, onların nüfuzuna xələl gətirmişəm. Məsələ ilə bağlı DİM-in nüfuzuna hansısa bir xələl gətirdiyimi düşünmürəm. Çünki DİM-in mənə abituriyentin həqiqi nəticəsi ilə bağlı rəsmi sənəd təqdim etməməsinə baxmayaraq, onların mövqeyini əks etdirən status yazmışam. Özü də təkrar qeyd edirəm ki, onlar mətbuat konfransı keçirənə qədər bu barədə yazmışam”.

Ekspert mətbuat konfransında baş verənlərlə bağlı KİV nümayəndələrinin hər şeyi olduğu kimi işıqlandırmadıqlarını bildirib:

“Abituriyentin valideynləri bu məsələdə bütün məlumatların onların razılığı ilə verildiyini və mənim hansısa bir maraq və məqsədimin olmadığını, DİM rəhbərinin abituriyentin bəlkə də ümumiyyətlə qəbul imtahanında iştirak etməməsi barədə səsləndirdiyi iddiaları heç bir KİV-də görmədim.

Mətbuat konfransında DİM-in fəaliyyətindəki şəffaflıq, əlçatımlılıq barədə fikrimi bildirdim. Valideynlərin çıxışları və iddiaları da təəssüf ki, KİV-lərdə geniş yer almayıb”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov bir abituriyentin 596 bal toplamasına rəğmən universitetə qəbul olmaması ilə bağlı məlumat paylaşıb. Bundan sonra DİM abituriyentin saxtakarlığa yol verdiyini deyərək, ekspertə təqdim edilən sənədin fotoşop olduğunu bildirib.

Tarix
2018.08.17 / 13:35
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla