Yuxarı

Sürüşmə zonalarında aktivlik: binalarda çatlar yaranır – Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra Azərbaycanın bəzi ərazilərində yeni sürüşmə zonaları yaranıb, köhnə sürüşmələrdə aktivlik qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Axar.az-a açıqlamasında deyib ki, Abşeron yarımadasında ən təhlükəli ərazi Zığ sürüşmə sahəsidir, hazırda həmin ərazidə aktivlik müşahidə olunur: “Zığdakı sürüşmə zonasında yerləşən beşmərtəbəli binada çatlar əmələ gəlib”.

Onun sözlərinə görə, Abşeron rayonunun Nübar qəsəbəsində, Masazır qəsəbəsindəki Zəli gölü adlanan ərazidə aktivlik qeydə alınıb.

Mütəxəssis xatırladıb ki, Şamaxı şəhər, məhəllə 48 A ünvanında avqustun 15-də torpaq sürüşməsi baş verib: “Bir ildən çoxdur həmin ərazini müşahidə edirik və mütəmadi məlumat veririk. Hər ay bülletenlərdə orada aktivliyin olmasını qeyd edilir. Son günlərdə atmosfer çöküntüllərinin həddən artıq olması bu prosesi biraz da aktivləşdirib. Həmin məhəllə yeni salınmış məhəllədir, hava şəraiti ilə əlaqədar orda sürüşmə prosesi aktiv fazaya keçib. Son günlər orada müəyyən uçqunlar olub, bəzi evlərə ziyan dəyib. Şamaxı rayonu tektonik cəhətdən olduqca mürəkkəbdir, yəni sürüşməyə meylli ərazidir”.

Ə.Qaralov Ağsu aşırımının 156-cı km-də də çökmə və uçqunun baş verdiyini bildirib. Onun sözlərinə görə, Bakı-Şamaxı yolunun 106-111-cu kilometrliyində (Acıdərə adlı ərazi) də aktivlik qeydə alınıb: “Şamaxının Çaylı və Qaleybuğurd kəndlərində aktivləşmə olması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə müraciət edilib. Bundan əlavə, Muğanlı-İsmayıllı magistral avtomobil yolunun 2-11-ci kilometrliklərində ayrı-ayrı hissələrində aktivlik qalmaqdadır”.

Digər bölgələrə gəlincə ekspedisiya rəisi bildirib ki, Lənkəran-Lerik yolunun 37-40-cı kilometrliyində uçqun və çökmə prosesləri baş verib.

Tarix
2018.08.17 / 14:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla