Yuxarı

Deputat çağırış etdi: Onlardan köməyinizi əsirgəməyin

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Turan Qurultayının bağlanışında türk dünyasına Qarabağla bağlı çağırış edib.

Axar.az xəbər verir ki, o, Türkiyənin bələdiyyə sədrləri, universitet və təşkilat rəhbərləri ilə Qarabağ həqiqətlərinin daha geniş yayılması istiqamətində müzakirələr aparıb.

Q.Paşayeva Azərbaycan xalqının hər zaman qardaş türk dövlət və toplumlarının yanında olduğunu vurğulayıb. Deputat çıxışında Qarabağ problemindən söz açaraq bildirib ki, hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır:

“Bütün türk, müsəlman coğrafiyasında yaşayan, acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucaqda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axıskada, Qarabağda əziyyət çəkən insanlarımızdan əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram”.

Q.Paşayeva Adana Böyük Şəhər bələdiyyəsinin sədri Hüseyn Sözlü ilə də görüşüb və iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Ölkəmizi Türkiyə qədər sevdiyini deyən Hüseyn Sözlü, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına diqqət etdiyini deyərək, qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib:

“Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimizdir, ağrımızdır. Hər zaman qardaş Azərbaycanın yanındayıq”.

Millət vəkili Bursa Uludağ universitetinin rektor köməkçisi Məhməd Yücə ilə görüşüb, Qarabağ həqiqətlərinin daha geniş yayılması ilə bağlı universitetdə həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparıb.

Tarix
2018.08.17 / 17:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla