Yuxarı

Diaspor Gənclərinin I Yay düşərgəsi Şəkidə olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsi bir neçə günə başlayır. Azərbaycanın dilbər guşələrindən olan qədim Şəki şəhərində təşkil edilən düşərgəyə 37 ölkədən azərbaycanlı gənclər gələcək.

Diaspor Komitəsindən Axar.az-a verilən məlumata görə, gənclərin Azərbaycana gəlişi avqustun 22-dən başlayacaq. Onlar Amerika Birləşmiş Ştatlarında, Avropanın müxtəlif ölkələrində, keçmiş sovet respublikalarında, müxtəlif Şərq ölkələrində, bir sözlə, dünyanın 4 bir yanında yaşayan soydaşlarımızdır.

Düşərgə iştirakçılarının bir qismi doğma vətənləri olan Azərbaycana ilk dəfə səfər edir. Düşərgədə 150-dən artıq gənc toplanacaq, onları maraqlı, yaddaqalan görüşlər, eyni zamanda, istirahət və əyləncə gözləyir. Belə ki, gənclər ictimai şəxslər, millət vəkilləri, müharibənin ağrı-acısını yaşamış soydaşlarımız, vətəndaş cəmiyyətinin təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də yerli gənclər və diaspor sahəsinin ekspertləri ilə görüşəcək, tarixi məkanlarla tanış olacaq, turizm potensialı barədə məlumat alacaqlar. Düşərgə iştirakçılarının Qarabağ atlarını da seyr etmək imkanları var. Diaspor gəncləri üçün qısamüddətli olsa da Azərbaycan dili dərsləri də nəzərdə tutulub.
Diaspor Gənclərinin I Yay düşərgəsi avqustun 28-da başa çatacaq.

Tarix
2018.08.17 / 22:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla