Yuxarı

DSX rəisi: Əsas hədəfimiz işğal altında olan ərazilərdə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:49

Son 15 il ərzində Azərbaycan sərhədçiləri 8 min 797 sərhəd pozucusunu, 135 min 91 nəfər rejim pozucusunu, 28 min 935 nəfər axtarışda olan şəxsi saxlayıb.

Report-un xəbərinə görə, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.

O bildirib ki, bu müddət ərzində təxmini dəyəri 126 milyon manat olan qaçaqmalın, o cümlədən 4 ton 266 kq narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 331 ton narkotik mənşəli bitki kolu aşkar olunaraq məhv edilib: “Bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 79 nəfər Azərbaycan, 21 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 88 şəxs saxlanılıb, 375 nəfərin şəxsiyyəti müəyyən edilib. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 136 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti, göstərdikləri rəşadət və qəhrəmanlıqlar durur. Təməli ulu öndər tərəfindən qoyulan Azərbaycanın sərhəd təhlükəsizliyi strategiyasının uğurlu davamı Dövlət Sərhəd Xidmətini dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir bir quruma çevirilib. İqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq vətənimizin quru və su sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur”.

E.Quliyevin vurğulayıb ki, Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə prosesləri uğurla davam edirsə, deməli, Azərbaycan sərhədlərinin mühafizəsinin səviyyəsi də yüksələn xətlə inkişaf etməkdədir: “Dövlət Sərhəd Xidməti sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsini, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasını, maddi-texniki bazanın möhkəmləndirilməsini, yeni silah-sursat, texnika və vasitələrin alınaraq xidmətdə tətbiqini müvəffəqiyyətlə həyata keçirir, vətən sərhədlərinin toxunulmazlığını təmin etməklə dövləti maraqlara sədaqətlə xidmət edir. Xidmətin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapır”.

***

DSX rəisi bildirib ki, əsas hədəfimiz işğal altında olan ərazilərimizdə sərhəd mühafizəsinin qurulmasıdır. Bu, hər bir Azərbaycan sərhədçisinin müqəddəs vəzifəsi və şərəf işidir.

O vurğulayıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi altında yaxın müddətdə dövlətin ərazi bütövlüyü təmin ediləcək və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsi Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcək:

“Buna əmin olan Azərbaycan sərhədçiləri bu vəzifənin icrasında şərəflə iştirak etməyə daim hazırdırlar”.

DSX rəisi qeyd edib ki, sərhədçilər üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması məsələlərinə Prezident İlham Əliyev hər zaman xüsusi diqqətlə yanaşıb: “Məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin büdcə ayırmaları 146 dəfə artıb, 14 hərbi hissə və struktur qurum, o cümlədən bütün sərhəd dəstələrinin qarnizonları, “Sərhədçi” idman olimpiya kompleksi, Abşeron rayonunun Goradil qəsəbəsində və Lənkəran rayonunun Vel qəsəbəsində istirahət mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası, Şüvəlan qəsəbəsində yeni hərbi hissə, Bakı şəhərinin Nərimanov rayonunda 312 mənzilli yaşayış binaları inşa olunub, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı təmir edilib. Bu müddətdə 111 sərhəd zastavası və sərhəd komendantlığı kompleksləri inşa edilib, yaxud əsaslı təmir olunub. Ümumiyyətlə, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti müddətində 1000-dən artıq xidməti bina istifadəyə verilib. Son günlərdə “Göytəpə” sərhəd dəstəsinin “Daşkənd” sərhəd zastavasının və “Xudat” sərhəd dəstəsinin “Yuxarı Tahircal” sərhəd zastavasının yeni inşa olunan xidməti və yaşayış binaları komplekslərinin açılışlarının edilməsi bu istiqamətdə görülən işlərin uğurla davam etməsini göstərir”.

E.Quliyev xatırladıb ki, sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunub.

Tarix
2018.08.18 / 10:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla