Yuxarı

Məcburi köçkünlərin mənzil problemi müzakirə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu gün növbəti kollegiya iclası keçirilib.

Komitədən Axar.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli və davamlı inkişafının təmin edildiyini, aparılan islahatların xalqın mənafeyinə tam cavab verdiyini, dövlətimizin daim öz vətəndaşının yanında olduğunu və qayğısını çəkdiyini diqqətə çatdıran komitə sədri Rövşən Rzayev məcburi köçkünlərin sosial problemlərinin həllinin də daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Onun sözlərinə görə,məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, yeni yaşayış kompleksləri salınır.

“Bu sahəyə xüsusilə həssas münasibət göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qəzalı vəziyyətdə olan bina və tiklilərdə, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırığın icrası davam etdirilir”.

Kollegiyanın gündəliyinə məcburi köçkünlərin faktiki məskunlaşma üzrə uçot və qeydiyyatı, komitənin balansında olan mənzil fondunun istismar vəziyyəti, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vətəndaşların müraciətlərinə baxılması və s. məsələlər daxil edilib. Hər bir məsələ barədə komitənin müvafiq struktur bölmələri rəhbərlərinin məruzələri dinlənilib, ətraflı müzakirələr aparılıb, mövcud nöqsanların aradan qaldırılması yolları müəyyənləşdirilib, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib.

Tarix
2018.08.20 / 16:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla