Yuxarı

İtə işgəncə verənləri hansı cəza gözləyir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heyvanlarla rəhmsiz davranan insanlar həbs edilməlidir. Onlar üçün qanunla nəzərdə tutulan cərimə kifayət deyil.

Bu sözləri Axar.az-a hüquqşünas Mobil Vəkiloğlu bir neçə gün öncə Sumqayıtda naməlum şəxslər tərəfindən sahibsiz itin gözlərinin çıxarılması ilə bağlı danışarkən deyib. O bildirib ki, həmin şəxslər tapılaraq inzibati məsuliyyətə cəlb edilməlidir. Çünki heyvanlara qarşı qəddarlıq nümayiş etdirənlər cəmiyyət üçün də təhlükəlidirlər:

“İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində heyvanlarla rəhmsiz davranmağa görə yalnız 500 manat cərimə nəzərdə tutulub. Belə qəddar insanlar qanunla cərimələnsə də, bir çox hallarda əməllərinə davam edirlər. Hətta çoxlarını tapmaq olmur. Bu da onları qorxutmur və belələri həm heyvanlar, həm də insanlar üçün təhlükəyə çevrilə bilirlər.

Bir çox Avropa ölkəsində heyvan ölümünə görə cinayət işi açılır. Məsələn, İsveçdə meşədə aşkar edilmiş heyvan ölümünə görə cinayət işi başladılıb”.

M.Vəkiloğlu vurğulayıb ki, heyvanlara qarşı qəddarlığa görə həbsin müddəti hadisənin neçə dəfə təkrarlanmasına görə dəyişməlidir:

“Təklif edərdim ki, heyvanlara xüsusi qəddarlıqla yanaşan insanlara birinci dəfə törətdiyi halda 10 gün, həmin qəddarlığı təkrarladığı halda 30 gün müddətinə inzibati həbs verilsin”.

Qeyd edək ki, Sumqayıtda naməlum şəxslər sahibsiz küçə itinin gözlərini çıxararaq, onu yarımcan halda yaşayış bloklarından birinin girişinə atıblar. Heyvanı o vəziyyətdə bina sakinləri tapıb və onu dərhal Sumqayıt Baytarlıq İdarəsinə aparıblar. İlkin müayinədən sonra it reabilitasiya keçmək üçün Evsiz Heyvanların Müdafiə İctimai Birliyinin Mərdəkan qəsəbəsində yerləşən sığınacağına aparılıb.

Sumqayıt Baytarlıq Xidməti tərəfindən hadisəni törədən şəxsin tapılması üçün Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilib.

Tarix
2018.08.21 / 08:15
Müəllif
Bayan Nigar
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla