Yuxarı

Azərbaycanın poçt xidmətində yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC SMS məlumatların köməyi ilə vətəndaşlara bağlamaların daxil olması haqqında bildiriş sistemini işə salıb. Bu barədə cümə günü MMC-nin baş direktorunun müavini Nazim Süleymanov bildirib.

Onun sözlərinə görə, xidmət elektron ticarət portalları vasitəsilə sifarişli malları alanlara ünvanlanıb. Yeni xidmətin tətbiqi ilə sifarişçilər poçt şöbələrində onların adına nəsə gəlib-gəlmədiyinə özləri nəzarət etməyəcəklər. Bu barədə onlara SMS-lə məlumat veriləcək:

"Əsas problem ondan ibarət idi ki, bağlama gələndə çox vaxt onu alana gecikmə ilə çatan bildiriş formalaşdırılırdı. Bu gün isə bağlama daxil olarkən onu alan müştəriyə bağlamanın daxil olduğu poçt şöbəsinin ünvanı ilə SMS-xəbərdarlıq göndərilir. Yeni xidmətdən faydalanmaq üçün müştəri malı alarkən özünün mobil telefon nömrəsini elektron kommersiya portalı vasitəsilə göstərməlidir".

Mobil telefon nömrəsi poçt operatorunun məlumat bazasına daxil edilir və bundan sonra sifarişçiyə bildiriş göndərilir ( Trend ).

Tarix
2013.12.01 / 10:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla