Yuxarı

Bakı metrosu qrafiki dəyişir – İnterval azalır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması və Bakı Metropolitenində sərnişin axınının intensivləşməsilə əlqədar metroda qış qrafikinin tətbiqinə başlayacaq. Günün gur saatlarında qatarların hərəkət intervalı 2 dəqiqəyə endiriləcək.

Bakı Metropoliteni QSC-dən Axar.az-a verilən məlumata görə, QSC sədri Zaur Hüseynovun əmri ilə sentyabrın 15-dən metropolitendə qatarların hərəkəti yenilənmiş qrafiklə tənzimlənəcək.

Yeni qrafikə uyğun olaraq, qatarların hərəkəti sıxlaşdırılaraq, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Payız-qış mövsümünün qrafikinə uyğun olaraq, iş günləri ərzində sərnişin hərəkətinin daha çox intensivləşdiyi səhər və axşamın gur saatlarında "Həzi Aslanov-28 May" və əksinə olmaqla qatarlar arasında interval 2 dəqiqə təşkil edəcək.

Günün qalan vaxtlarında isə qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı gecə saatlarında qatarlar arasındakı fasilə 3 dəqiqə və daha çox olacaq.

Bakı Metropoliteni xətlərinin xüsusiyyətləri nəzərə alınaraq, xətlərin ayrıldığı “28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.

Qatarların "Bakmil" stansiyasından xəttə daxil olma və ya ”Nəriman Nərimanov” stansiyasından xətdən çıxarılıb, depoya yola salınma ərəfəsində "Ulduz-Həzi Aslanov" sahəsində interval fərqi bir qədər arta bilər.

Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı Metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur.

Yeni qrafik 2019-cu ilin yay aylarına qədər qüvvədə olacaq.

Tarix
2018.09.11 / 11:44
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla