Yuxarı

Naxçıvanlı gənc İsveçdə vəzifəyə seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə yaşayan soydaşımız Turan Əliyev Mərkəz Partiyasından Partille bələdiyyəsinə üzv seçilib.

Bu barədə Axar.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.

“Turan Əliyev bir ildir partiyada fəaliyyət göstərir. Hazırda bələdiyyədə partiyanın idarə heyətinin üzvüdür. Seçkilərdə yüksək səs çoxluğu ilə seçildiyi üçün bələdiyyədə və İsveçin ən böyük əyalətində komissiya və idarələrdə partiyanı təmsil edəcək. Qürurverici məqam odur ki, partiyanın 12 nəfərlik namizədindən yalnız Turan Əliyev bir əcnəbi kimi seçkilərə gedib”.

Hazırda İsveçdə 290 bələdiyyə, Partille bələdiyyəsində 51 üzv var. Onların hər biri səsvermə hüququna malikdir. Turan Əliyev də səsvermə hüququnu özündə daşıyacaq və qərarların qəbul olunmasında iştirak edəcək.

Qeyd edək ki, Turan Əliyev 1983-cü ildə Naxçıvanda anadan olub. 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Yol hərəkətinin təşkili fakültəsini bitirib. Universiteti bitirəndən sonra İsveçə köçüb.

Tarix
2018.09.11 / 12:44
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla