Yuxarı

“Azercell”in dəstəyi ilə keçirilən olimpiada başa çatdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın elm və texnologiya mərkəzlərindən biri olan Tsukuba şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadası başa çatıb. Təhsil Nazilriyi və Azercell Telekom MMC-nin dəstəyi ilə ölkəmizdən də məktəblilərin iştirak etdiyi bu nüfuzlu olimpiadanın bağlanış mərasimi keçirilib. Mərasimdə iştirakçıların mükafatlandırılması ilə yanaşı, növbəti ildə yarışın keçiriləcəyi ölkənin adı açıqlanıb.

Axar.az xəbər verir ki, 2019-cu ildə Beynəlxaq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Onu da bildirək ki, 2019-cu ildə təşkil olunacaq IOI-da dünyanın 80-ə yaxın ölkəsindən 300-dən çox şagirdin iştirakı gözlənilir.

Məlumat üçün bildirək ki, bu il 85 ölkədən 340 şagirdin qatıldığı olimpiadaya yola düşməzdən öncə məktəblilərimiz Təhsil Nazirliyinin təşkilatçılığı və “Azercell”in dəstəyi ilə Beynəlxalq Olimpiadalara Hazırlıq və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində xüsusi dərslər keçiblər. Hazırlığın əsas məqsədi müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş xüsusi istedadlı şagirdlərin olimpiadalarda iştirakının stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması və nümayiş etdirilməsi üçün şəraitin yaradılmasıdır.

Təhsilin və gənclərin inkişafi üçün yardım və dəstək - Azercell Telekom MMC-in prioritet fəaliyyət sahələrindəndir. Şirkət çalışmağa başladığı ilk gündən bu istiqamətdə bir sıra uğurlu layihələr həyata keçirib və yüzlərlə tədbirə dəstək verib. Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının təşkili, Barama İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, müxtəlif Tələbə Proqramlarını xüsusilə qeyd etmək olar.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Tarix
2018.09.11 / 16:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla