Yuxarı

Onlar Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunur - PA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Digər dövlətlərdə qanunsuz qruplaşmalarda iştirak edən Azərbaycan vətəndaşları ölkəyə qayıtdıqda cinayət məsuliyyətinə cəlb edilir.

Trend-in məlumatına görə, bunu "Exo Moskvı"ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib.

E.Nəcəfov bildirib ki, İŞİD kimi terror təşkilatlarına cəlb olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdanda qadağan olunmuş təşkilatlarda iştirakına görə cinayət məsuliyyətinə cəlb olunur: "Çünki onlar qanunu pozublar. Biz qanunun aliliyini əsas götürürük. Bu cür insanlar təkcə dövlət tərəfindən deyil, həm də Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunur”.

Onun sözlərinə görə, vətəndaşın terror təşkilatlarının tərkibində iştirakı kimi mənfi təzahürlərin qarşısını almaq üçün müəyyən siyasət həyata keçirilir ki, bu da bir sıra ölkələrin xoşuna gəlmir.

Nəcəfov qeyd edib ki, Azərbaycanda müəyyən təşkilatlar, digər ölkələrdən maliyyələşən əsasən müsəlman təşkilatları var:

"Söhbət bəzi Yaxın Şərq ölkələrindəki mərkəzlərdən gedir. Bu mərkəzlər İŞİD və digər bu kimi təşkilatların yaydığı ideologiyanı təbliğ edirlər. Onların fəaliyyəti qanunaziddir, Konstitusiyaya uyğun deyil. İstənilən ölkədə hər hansı təşkilat qanunu gözləmirsə, qanunsuz fəaliyyətinə görə cavab verməlidir".

Tarix
2018.09.11 / 22:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla