Yuxarı

Direktor məktəbli forması ilə bağlı bunu edə bilməz - Nazir müavini

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Direktorların istər məktəbli formasının, istərsə də digər ləvazimatların alınması ilə bağlı valideynlərə hər hansı bir tələb qoyması yolverilməzdir.

Axar.az xəbər verir ki, bu sözləri Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva bəzi məktəblərdə direktorlar tərəfindən məktəbli formalarının konkret ünvanlardan alınması ilə bağlı valideynlər qarşısında tələblər irəli sürməsi haqda yayılan məlumatlara münasibət bildirərkən deyib.

Nazir müavini bildirib ki, bu kimi məlumatlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan kimi qanunauyğun olaraq müvafiq addımlar atılır:

“Heç bir məktəb rəhbərinin valideynə məktəbli formasının alınması ilə bağlı tələb irəli sürmək səlahiyyəti yoxdur. Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsinə əsasən, şagirdlər məktəbə məktəbli formasında gəlməlidirlər. Formanı məktəb özü müəyyənləşdirir, lakin onu əldə etməklə bağlı valideynlərə azad seçim imkanı yaradır. Valideynlərə müraciət edərək bildiririk ki, istər məktəbli forması, istərsə də digər məktəbli ləvazimatlarının alınması ilə bağlı məcburiyyət tətbiq edilsə, Təhsil Nazirliyinin 146 Qaynar xəttinə, yaxud Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etsinlər”.

Tarix
2018.09.12 / 19:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla