Yuxarı

Gömrükçülərimiz Ermənistan komandasını darmadağın etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun Brest şəhərində gömrük xidmətləri arasında keçirilən 12-ci beynəlxalq mini-futbol turnirində Azərbaycan gömrükçülərinin növbəti görüşü bu gün Ermənistan komandası ilə baş tutub.

Axar.az DGK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin komandası oyunu rəqibindən aşkar üstün şəraitdə keçirərək 4:0 hesabı ilə qalib gəlib.

Qollardan ikisini Renat Sultanov vurub. Kamil Hacıyev və Samir Məmmədov isə rəqib qapısından hərəyə bir top keçirib.

Bununla da komandamız turnirdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, Azərbaycan gömrükçüləri bundan öncəki oyunlarda uğur qazana bilməyib. Sentyabrın 10-da Rusiya, sentyabrın 11-də isə Belarus komandası ilə görüşlərin hər birində komandamız 1:2 hesabı ilə məğlub olub.

Gömrükçülərimiz növbəti görüşləri sentyabrın 13-də Ukrayna, sentyabrın 14-də isə Belarus komandasına qarşı keçirəcək.

Turnirə 5 ölkə - Azərbaycan, Belarus, Ukrayna, Rusiya və Ermənistan komandaları qatılıb. Yarışda Belarusdan iki komanda daxil olmaqla, cəmi 6 komanda iştirak edir.

Sentyabrın 10-dan start götürən yarışa ayın 14-də yekun vurulacaq.

Tarix
2018.09.12 / 19:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla