Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Sentyabr 2018


Bir azərbaycanlı hər ay ərzağa nə qədər pul xərcləyir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 2018-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 23 milyard manata bərabər olub.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, ticarət dövriyyəsinin 11 532,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11 434,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-avqust aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,2 faiz və 3,2 faiz üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının 16,6 faizi ticarət müəssisələri, 50,7 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satııb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,8 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 147,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Tarix
2018.09.13 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bu nazirliyin bir sıra müəssisələri birləşdirildi – Qərar

Düşmən mövqelərimizi atəşə tutdu

Azərspeys-2 kosmodromdan orbitə buraxıldı - Video

Xəzərdə zəlzələ oldu

Dövlət büdcəsinin layihəsi Prezidentə təqdim olundu

Bakıya uçan təyyarədə bomba həyəcanı: Partladacağam!

Mehriban Əliyeva Romada rəsmi ziyafətdə - Foto

Qadağan olundu: bəs, siqaret çəkəni kim cərimələyir?

Nazirimizin qızı Rusiyada nazir təyin edildi - Video

Rəis 450 minlə qaçmaq istədi – Polis imkan vermədi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla