Yuxarı

Agentlikdən Piran-Hamarat yolunun dağılmasına - Cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün də belə bir "yol mühəndisi" video yayıb ki, guya yenicə təmir edilmiş Lerik rayonunun Piran-Hamarat yolunda büdcə talanır, asfaltı düzgün vurmayıblar, yol dağılır. Bu fikirdə olanlara bildirmək istəyirəm ki, həmin yolda təmir-tikinti işləri hələ bitməyib, işlər davam edir, yola müvəqqəti orta xətt çəkilib.

Axar.az xəbər verir ki, sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli naməlum sosial şəbəkələrdə paylaşılan Piran-Hamarat yolunun dağıldığını göstərən görüntülərə aydınlıq gətirərkən deyib.

A.Nəcəflinin sözlərinə görə, kadrlarda göstərilən asfalt örtüyün ilk layıdır. Hazırda yol boyu 2-ci lay asfaltın döşənməsi işləri aparılır və bu işlər yekunlaşmaq üzrədir:

“Yolun bir neçə ərazisində yolun kənarlarında müəyyən problemlər yaranıb və həmin ərazilər yenidən düzəldilib. Bu da tikinti zamanı normal hal hesab olunur. 2-ci lay - hamarlayıcı layın döşənməsi ilə göstərilən "problem" tam olaraq aradan qaldırılmış olacaq.

Kadrlardan da göründüyü kimi yolun kənarları(çiyin hissələr) tam hazır deyil. 2-ci lay asfalt örtük döşənəndən sonra yolun kənarları bərkidiləcək”.

Agentliyin mətbuat katibi bildirib ki, yol tikintisi hər kəsin gözü önündədir və nəyisə düzgün etməmək, gizlətmək qeyri-mümkündür:

“Özünü hər şeydən başı çıxan kimi göstərmək üçün nəsə çəkib paylaşmadan öncə, həmin paylaşımdan da özünə reytinq çıxarmaq üçün xəbər hazırlamaqdan öncə heç olmasa məsələnin nə yerdə olduğunu zəng edib dəqiqləşdirin. Mənə zəng etmək istəmirsiniz, ən azından başı çıxan birindən soruşun”.

Tarix
2018.09.14 / 10:24
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla